Ana oğlunun başına daş atıb yaraladı | DİN-dən açıqlama
Ağstafada ana 10 yaşlı oğlunun başını daşla yarıb. Uşaq yaralı vəziyyətdə evdən qaçaraq Səməd Vurğun adına parka gəlib. Ətrafdakı şəxslərin köməyi ilə azyaşlı rayon xəstəxanasına aparılıb.
Onun anası tərəfindən zorakılığa məruz qaldığı bildirilir. Belə ki, övladına hirslənən İlhamə Məmmədova yerdən götürdüyü iki daşı ona tərəf atıb. Nəticədə azyaşlının başı iki tərəfdən zədələnib.
Xəsarət alan azyaşlının ana babası Tofiq Məmmədov kürəkəninin 2015-ci ildə Günəşli neft yatağında baş verən partlayışda itkin düşdüyünü bildirib. Hadisədən sonra təxminən 4 ildir ki, qızını rayona gətirib və kirayə ev tutub.
10 yaşlı uşağın anası və babası Ağstafa Rayon Polis Şöbəsinə çağrılıb.
Daxili İşlər Nazirliyindən bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır: “Faktla bağlı müvafiq ekspertiza təyin olunub. Ekspertiza rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.