Pleyeri seçin:
Azərbaycan vətəndaşı çantasının astarında görün nə keçirmək istədi | Gömrük yoxlaması zamanı...
Dubaydan gələn sərnişində 548 karat brilyant aşkarlanıb.
Məlumatı Dövlət Gömrük Komitəsi yayıb.
Belə ki, Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yükünə stasionar rentgen qurğusunda baxış keçirilib. Gömrük nəzarəti zamanı monitorda şübhəli cizgilər müşahidə olunduğundan əl yüklərinə yoxlama tətbiq edilib.
Bildirilib ki, gömrük yoxlaması zamanı vətəndaşa məxsus çantanın astarının altından ümumilikdə 547,7 karat brilyant qaşlar aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
