Pleyeri seçin:

Azərbaycana gətirilən biznesmendən sensasiya | Dedi, ya silahlar sənin üstündən çıxacaq, ya da...

31 oktyabr 2024 426 baxış

Rusiyadan Azərbaycana ekstradisiya olunan beş nəfərdən biri tanınmış biznesmendir.

“Report” xəbər verir ki, tikinti materialları, taxta-şalban biznesi ilə məşğul olan Qədim Ədilov Rusiyadan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

O, külli miqdarda dələduzluqda ittiham olunub. 2019-cu ildə həbs edilsə də, şərti azadlığa buraxılıb. Daha sonra istintaqdan yayınaraq Azərbaycandan qaçıb. Azərbaycan məhkəmələri tərəfindən barəsində qiyabi həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.

Qədim Ədilovun 17 nəfərə qarşı 2 milyon manatlıq dələduzluq etdiyi iddia olunur.

Onu da qeyd edək ki, Qədim Ədilov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkən olub.

O, Akif Çovdarovun cinayət işi üzrə ibtidai istintaqda generalın onu döyüb təhqir etdiyini deyib:

“3-cü mərtəbəyə qalxdıq, dəhlizin sonuna qədər gedib qəbul otağı olmayan otağa daxil olduq. Orada əvvəllər cəmi bir dəfə gördüyüm A.Çovdarov masanın baş tərəfində oturmuşdu. Natiq Hümbətov və Akif sağında, Səlim (MTN-çi) solunda oturmuşdu.

Mən otağa daxil olan kimi Akif Çovdarov stuldan qalxıb heç nə demədən məni yumruqla, təpiklə döyməyə başladı. Ona etiraz etmək istəyəndə bu dəfə əllərimi rezin kəndirlə kresloya bağladı. Dəyənəyi götürüb baş və boynuma zərbələr endirməyə başladı. Huşumu itirdim. Özümə gələndə gördüm ki, A.Çovdarov yerində oturub.

Məndən tələb etdi ki, bir həftə ərzində 300 min dollar və idarə etdiyim “Range Rover” avtomobilini həmin müddətdə onlara verim. Masanın üstündəki iki “Makarov” tapançasını göstərib dedi ki, əks halda bu silahlar sənin üstündən çıxacaq və məni MTN-in zirzəmisinə salacaqlar”.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum olunub. Hökmə əsasən, onun 30 milyon manatlıq əmlakı müsadirə edilib. Daha sonra general-mayor rütbəsindən də məhrum edilib, 2020-ci ildə Əfv Sərəncamı ilə azadlığa buraxılıb.

Bulvarda təhlükəli anlar | FHN vətəndaşı belə xilas etdi - Baku TV

Bulvarda təhlükəli anlar | FHN vətəndaşı belə xilas etdi - Baku TV

Hadisə
20 iyun 2026 426 baxış
Moskvada PUA hücumu zamanı yaralanan şəxsin atası danışdı - Baku TV

Moskvada PUA hücumu zamanı yaralanan şəxsin atası danışdı - Baku TV

Hadisə
20 iyun 2026 426 baxış
Cəlilabadda iş zamanı faciə - Baku TV

Cəlilabadda iş zamanı faciə - Baku TV

Hadisə
19 iyun 2026 426 baxış
Məhkəmə zərərçəkmişlərin vəsatətlərini təmin etməyib - Baku TV

Məhkəmə zərərçəkmişlərin vəsatətlərini təmin etməyib - Baku TV

Hadisə
18 iyun 2026 426 baxış
Tanınmış vəkil həyatını itirən qızı haqqında nələri danışdı - ANA XƏBƏR

Tanınmış vəkil həyatını itirən qızı haqqında nələri danışdı - ANA XƏBƏR

Hadisə
17 iyun 2026 426 baxış
17 yaşlı qızı faciəvi şəkildə ölən tanınmış vəkil danışdı | "Bəlkə də, qızım ölməzdi..." - Baku TV

17 yaşlı qızı faciəvi şəkildə ölən tanınmış vəkil danışdı | "Bəlkə də, qızım ölməzdi..." - Baku TV

Hadisə
17 iyun 2026 426 baxış
Quba və Şəkidə leysan yağışlar fəsadlara səbəb olub - Baku TV

Quba və Şəkidə leysan yağışlar fəsadlara səbəb olub - Baku TV

Hadisə
17 iyun 2026 426 baxış
11 il əvvəl törədilən cinayətin məhkəmə araşdırması yekunlaşıb - Baku TV

11 il əvvəl törədilən cinayətin məhkəmə araşdırması yekunlaşıb - Baku TV

Hadisə
17 iyun 2026 426 baxış
Tovuzda bədbəxt hadisə | "Ayağı sürüşüb çaya yıxıldı" - Baku TV

Tovuzda bədbəxt hadisə | "Ayağı sürüşüb çaya yıxıldı" - Baku TV

Hadisə
17 iyun 2026 426 baxış
Güclü külək və dolu Göyçayda həyatı iflic etdi - Baku TV

Güclü külək və dolu Göyçayda həyatı iflic etdi - Baku TV

Hadisə
16 iyun 2026 426 baxış
Seçilmişlər
icon