Azərbaycanlı gənclər Gürcüstanda dəhşətli hadisənin qurbanı oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 30-u axşam saatlarında Gürcüstanda soydaşlarımızın sıx yaşadıqları Bolnisi rayonunun Naxiduri kəndində iki soydaşımızın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, onlardan biri yerindəcə, digəri isə xəstəxanada dünyasını dəyişib.
Sözügedən qəzadan sonra kənddə vəziyyət gərginləşib. Piyadaların ölümünə səbəb olan sürücü və həmin avtomobildə olan sərnişinlər arasında qarşıdurma yaşanıb.
Sakinlərin sözlərinə görə, avtomobilin sürücüsü və sərnişinləri sərxoş olub.
Yerli sakinlər hadisə yerinə gələn təcili yardım maşınını da aşırıb. Bundan sonra əraziyə çox sayda polis və xüsusi təyinatlılar cəlb edilib. Məlumata görə, qarşıdurma nəticəsində bir neçə nəfər xəsarət alıb.
Ölkənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yol-nəqliyyat hadisəsi ilə əlaqədar 21 yaşlı sürücü artıq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
