Pleyeri seçin:

Azərbaycanlının qətli ilə bağlı yeni xəbər | Moskva

22 aprel 2024 834 baxış

Rusiyanın Moskva vilayətinin Balaşixa şəhərində azərbaycanlı iş adamı Nazim Əhmədovu öldürməkdə şübhəli bilinən şəxs və onun əlbir olduğu cinayət yoldaşı Türkiyəyə qaçıb.

Bu barədə “Mash” “Telegram” kanalı öz mənbələrinə istinadla xəbər verib.

Bildirilib ki, onlar tapançanı yolda atıb, Şeremetyevo hava limanına gediblər, oradan isə Türkiyəyə yollanıblar. Şübhəlilərin hər ikisinin axtarışı davam edir.

Xatırladaq ki, Nazim Əhmədov aprelin 20-də sahib olduğu “Yunis” mağazasının yaxınlığında pusquya salınaraq öldürülüb. Qatil onu sinəsindən və başından güllələyib. N.Əhmədovun rəsmi həyat yoldaşı, 61 yaşlı Ofeliya mağazaya gələn zaman əri ilə birlikdə avtomobildə olub. Onu da öldürməyə cəhd ediblər, lakin alınmayıb.

Moskva vilayətinin İstintaq Komitəsində hər iki təqsirləndirilən şəxsə qiyabi olaraq “qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə adamöldürmə” və “qanunsuz silah alveri” ittihamı irəli sürülüb.

“Telegram” kanalının iddiasına görə, Nazim Əhmədovun qətl səbəbi qadın intiqamı ola bilər. Qeyd olunub ki, biznesmenin Azərbaycanda qeyri-rəsmi həyat yoldaşı olub və cinayət törətmək üçün qatili o tuta bilər. 

Banner
Astaradan Gəncəyə andiçmə mərasiminə gələn 84 yaşlı kişinin axtarışları davam edir - ƏSAS XƏBƏR

Astaradan Gəncəyə andiçmə mərasiminə gələn 84 yaşlı kişinin axtarışları davam edir - ƏSAS XƏBƏR

Hadisə
10 noyabr 2026 834 baxış
“Bir də gördüm...” | Nəvəsinin andiçmə mərasiminə gedən kişi haraya yoxa çıxdı? - Baku TV

“Bir də gördüm...” | Nəvəsinin andiçmə mərasiminə gedən kişi haraya yoxa çıxdı? - Baku TV

Hadisə
10 noyabr 2026 834 baxış
184 saylı avtobus idarəetmədən necə çıxdı? | Suraxanıdakı qəza barədə detallar - Baku TV CANLI

184 saylı avtobus idarəetmədən necə çıxdı? | Suraxanıdakı qəza barədə detallar - Baku TV CANLI

Hadisə
09 noyabr 2026 834 baxış
Biləsuvarda meyiti aşkarlanan 35 yaşlı kişinin ölüm səbəbi araşdırılır - Baku TV

Biləsuvarda meyiti aşkarlanan 35 yaşlı kişinin ölüm səbəbi araşdırılır - Baku TV

Hadisə
08 noyabr 2026 834 baxış
Ağstafada dəhşətli hadisə | Ailənin 3 üzvü niyə xəstəxanalıq oldu? - Baku TV CANLI

Ağstafada dəhşətli hadisə | Ailənin 3 üzvü niyə xəstəxanalıq oldu? - Baku TV CANLI

Hadisə
07 noyabr 2026 834 baxış
Ailə səhər yeməyindən sonra niyə xəstəxanalıq oldu? - “1-2 saat ərzində...” - Baku TV

Ailə səhər yeməyindən sonra niyə xəstəxanalıq oldu? - “1-2 saat ərzində...” - Baku TV

Hadisə
07 noyabr 2026 834 baxış
İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT

İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT

Hadisə
06 noyabr 2026 834 baxış
"Bu dəqiqə qıraram bu qapını!" | Keçmiş məhkumun qandonduran əməlinin üstünü kim açdı?

"Bu dəqiqə qıraram bu qapını!" | Keçmiş məhkumun qandonduran əməlinin üstünü kim açdı?

Hadisə
06 noyabr 2026 834 baxış
Müxtəlif istehsalçıların əmtəə nişanları ilə hansı məhsullar satışa hazırlanıb? - Baku TV CANLI

Müxtəlif istehsalçıların əmtəə nişanları ilə hansı məhsullar satışa hazırlanıb? - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 834 baxış
Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI

Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 834 baxış
Seçilmişlər
icon