Pleyeri seçin:
Bakı bulvarında batma təhlükəsi olan şəxs xilas edildi | FHN hadisə yerində
Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində dənizdə batan şəxs xilas edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumatla əlaqədar hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Qeyd edilib ki, həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş – 1961-ci il təvəllüdlü S.Ağayeva dalğıclar tərəfindən xilas edilib.
Kopyalandı
#Səbail rayonu teqi istifadə olunub
- “Söyüş kimi cavab verdilər ki, gəl...” | 2 sahibi çıxan torpaq sahəsi ilə bağlı qalmaqal - Baku TV
- Sakinlər yol nişanlanmasının düzgün aparılmamasından şikayət edirlər - Baku TV
- Səbail rayonunda bədbəxt hadisə | Gənc oğlan 19-cu mərtəbədən yıxıldı - Baku TV
- "Başımıza daş tökülür" | Təhlükə saçan binanın sakinləri özlərindən çıxdı - Baku TV
- "Məhv ediblər, yerində də bunu tikiblər" | Sakinləri aldadıb qanunsuz iş görüblər? - Baku TV
