Pleyeri seçin:

Bakıda ata qızını telefon üstündə qətlə yetirib? - Həbsdən çıxan ata görün nə etdi

05 aprel 2025 733 baxış

Bakıda qızını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Yelmar Atakişiyevin cinayət işinin məhkəmə baxışı keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda bildirilir ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunmuş Yelmar Atakişiyev həbsxanada olarkən qızı Cəmalə Atakişiyeva haqqında müxtəlif xoşagəlməz məlumatlar alıb.

Cəzasını başa vurduqdan sonra məsələyə aydınlıq gətirmək üçün qızının yaşadığı evə gələrək onunla mübahisə edib. Mübahisə zamanı Yelmar Atakişiyev qızına əli və ayağı ilə çoxsaylı zərbələr endirərək onun huşunun itirilməsinə səbəb olub.

İttiham aktına görə, Yelmar Atakişiyev qızının halsız vəziyyətini kənardan seyr edərək ona heç bir yardım etməyib və ölməsinə zəmin yaradıb. Prosesdə təqsirləndirilənə sərbəst ifadə üçün söz verilib. Yelmar Atakişiyev ifadəsi zamanı qızına hər hansı bir işgəncə vermədiyini, sadəcə onu tənbeh etmək məqsədilə sifətinə əli ilə bir neçə zərbə vurduğunu deyib.

Təqsirləndirilən daha sonra vurğulayıb ki, onun qızını öldürmək fikri olmayıb, döyməsinin əsas səbəbi isə Cəmalənin iki telefon işlətdiyi halda bunu atasından gizlətməsi olub.

Cəmalə Atakişiyevanı köməksiz vəziyyətdə qoyaraq hadisə yerini tərk etdikdən bir neçə saat sonra Yelmar Atakişiyev xəbər tutub ki, qızı aldığı zərbələrdən ölüb. Məhkəmənin növbəti prosesi mayın 2-də keçiriləcək.

Qeyd edək ki, hadisə 2024-cü ilin noyabrında Bakının Zabrat qəsəbəsində baş verib. Belə ki, qəsəbə sakini, 42 yaşlı Cəmalə Atakişiyevanın yaşadığı evdə qətlə yetirilməsi ilə bağlı Sabunçu rayon hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

İlkin araşdırmalarla Yelmar Atakişiyevin qızı Cəmalə Atakişiyevanı qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Yelmar Atakişiyev saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Traktor sürücüsü minalanmış əraziyə daxil oldu | ANAMA-dan vətəndaşlara çağırış - Baku TV CANLI

Traktor sürücüsü minalanmış əraziyə daxil oldu | ANAMA-dan vətəndaşlara çağırış - Baku TV CANLI

Hadisə
06 sentyabr 2026 733 baxış
Ağdamda mina partladı | Traktor sürücüsü xəsarət aldı - Baku TV

Ağdamda mina partladı | Traktor sürücüsü xəsarət aldı - Baku TV

Hadisə
06 sentyabr 2026 733 baxış
Naxçıvanda dəhşətli anlar | Ölən və yaralananların sayı açıqlandı - Baku TV CANLI

Naxçıvanda dəhşətli anlar | Ölən və yaralananların sayı açıqlandı - Baku TV CANLI

Hadisə
05 sentyabr 2026 733 baxış
Naxçıvanda dəhşətli qəza | Ölənlər və çox sayda yaralı var - Baku TV

Naxçıvanda dəhşətli qəza | Ölənlər və çox sayda yaralı var - Baku TV

Hadisə
05 sentyabr 2026 733 baxış
Ukraynada saxlanılan Gömrük Komitəsinin sabiq əməkdaşı Azərbaycana gətirilir - 24 SAAT

Ukraynada saxlanılan Gömrük Komitəsinin sabiq əməkdaşı Azərbaycana gətirilir - 24 SAAT

Hadisə
04 sentyabr 2026 733 baxış
Gömrük yoxlaması zamanı görün nələr üzə çıxdı - Baku TV CANLI

Gömrük yoxlaması zamanı görün nələr üzə çıxdı - Baku TV CANLI

Hadisə
04 sentyabr 2026 733 baxış
“Məktəblər açılana qədər həll edilməsə...” | Yasamalda qorxulu vəziyyət - Baku TV

“Məktəblər açılana qədər həll edilməsə...” | Yasamalda qorxulu vəziyyət - Baku TV

Hadisə
04 sentyabr 2026 733 baxış
Maştağada 2 nəfər neft kəmərindən oğurluğa cəhd etdi | Yanğın oldu - Baku TV

Maştağada 2 nəfər neft kəmərindən oğurluğa cəhd etdi | Yanğın oldu - Baku TV

Hadisə
03 sentyabr 2026 733 baxış
Gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanıldı

Gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanıldı

Hadisə
03 sentyabr 2026 733 baxış
Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanıldı - Baku TV

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanıldı - Baku TV

Hadisə
03 sentyabr 2026 733 baxış
Seçilmişlər
icon