Pleyeri seçin:

Bakıda yataqxanada dəhşətli qətl | Cinayətkara hökm oxundu

13 iyun 2024 173 baxış

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin yataqxanasında tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürən Rəşad Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hadisə 2023-cü ilin fevralın 8-də baş verib. Gecə saalarında vətəndaş Elvin Kazımov Daxili İşlər Nazirliyinin “102” Xidmətinə zəng edərək Binəqədi rayonunda bir şəxsin digərini bıçaqlaması barədə məlumat verib. Bundan 10-15 dəqiqə sonra 2007-ci il təvəllüdlü Ələkbər Mərəyevin qətlə yetirilməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin yataqxanasının 204 saylı otağındakı çarpayıda Ələkbər Mərəyevin meyiti, yastıqda, yorğanda, döşəmədə, mələfədə, hamam otağında çoxlu sayda qan ləkələri aşkar edilib.

Cinayəti törədən 2002-ci il təvəllüdlü Rəşad Muxtarov hadisə yerində saxlanılıb. Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Ələkbər Mərəyevin ölümünə ürəyin və ağciyərlərin zədələnməsindən törənən kəskin daxili və xarici qanitirmə səbəb olub.

İstintaqla müəyyən edilib ki, fevralın 8-də gecə saat 2 radələrində Rəşad Muxtarov 204 saylı otaqda onunla birlikdə qalan, həmin mərkəzin tələbəsi Ələkbər Mərəyevə yatmaq istədiyini bildirərək ondan otaqdakı işığı söndürməsini və mobil telefonunun səsini azaltmasını xahiş edib. Bu zəmində aralarında yaranan mübahisə zamanı Rəşad Muxtarov masanın üzərindən mətbəx bıçağını götürüb və arxası üstə çarpayıya yıxdığı Ələkbər Mərəyəvin döş qəfəsinə bir neçə zərbə vurub. Aldığı bıçaq zərbələrinin təsirindən müqavimət göstərə bilməyən sonuncunun döş qəfəsinə və bədəninin digər nahiyələrinə Rəşad Muxtarov ümumilikdə 38 dəfə zərbə endirib. Beləcə, Rəşad Muxtarov Ələkbər Mərəyevi öldürüb.

Məhkəmə iclasında Rəşad Muxtarov ittiham üzrə özünü təqsirli bilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrum olunub.

Tiktoker "Arzum"un məhkəməsi niyə təxirə salındı? - Yeni məlumatlar açıqlandı - Baku TV

Tiktoker "Arzum"un məhkəməsi niyə təxirə salındı? - Yeni məlumatlar açıqlandı - Baku TV

Hadisə
25 iyun 2026 173 baxış
Məşhur tiktoker “Arzum” hakim qarşısında | Əməkdaşımız son məlumatları çatdırdı - Baku TV

Məşhur tiktoker “Arzum” hakim qarşısında | Əməkdaşımız son məlumatları çatdırdı - Baku TV

Hadisə
25 iyun 2026 173 baxış
Naxçıvanda sel fəsadlar törətdi | Evlərə və təsərrüfatlara ziyan dəydi - Baku TV

Naxçıvanda sel fəsadlar törətdi | Evlərə və təsərrüfatlara ziyan dəydi - Baku TV

Hadisə
25 iyun 2026 173 baxış
DSX məlumat yaydı: Hava sərhədini pozan PUA məhv edildi - ANA XƏBƏR

DSX məlumat yaydı: Hava sərhədini pozan PUA məhv edildi - ANA XƏBƏR

Hadisə
24 iyun 2026 173 baxış
Sərnişinlər narkoman sürücünün əməlindən şikayətlənmək əvəzinə görün nə etdilər - Baku TV

Sərnişinlər narkoman sürücünün əməlindən şikayətlənmək əvəzinə görün nə etdilər - Baku TV

Hadisə
24 iyun 2026 173 baxış
İmişlidə ticarət obyektində güclü yanğın baş verib - Baku TV

İmişlidə ticarət obyektində güclü yanğın baş verib - Baku TV

Hadisə
24 iyun 2026 173 baxış
"Kənddə hamı bilir ki..." | Tükürpərdən hadisə: 2 yeniyetmə necə itkin düşdü? - Baku TV

"Kənddə hamı bilir ki..." | Tükürpərdən hadisə: 2 yeniyetmə necə itkin düşdü? - Baku TV

Hadisə
23 iyun 2026 173 baxış
“Dedi ki, başımı kəssəniz də, danışmaram” | Dənizdə batan Vüqarın atası fəryad etdi - Baku TV

“Dedi ki, başımı kəssəniz də, danışmaram” | Dənizdə batan Vüqarın atası fəryad etdi - Baku TV

Hadisə
23 iyun 2026 173 baxış
Reabilitasiya mərkəzində nələr baş verib? | Məhkəmədə gərgin anlar - Baku TV

Reabilitasiya mərkəzində nələr baş verib? | Məhkəmədə gərgin anlar - Baku TV

Hadisə
23 iyun 2026 173 baxış
Kürdəmirdə kənd sakini faciəvi şəkildə həyatını itirdi - Baku TV

Kürdəmirdə kənd sakini faciəvi şəkildə həyatını itirdi - Baku TV

Hadisə
22 iyun 2026 173 baxış
Seçilmişlər
icon