Pleyeri seçin:
Canavarlar sakinlərə 4 min manat ziyan vurdu
Qubada kəndə hücum çəkən canavarlar sakinlərin heyvanlarını parçalayıb. Hadisə rayonun ucqar dağ kəndlərindən olan Aydınkənddə baş verib.
Səhər saatlarında həyətlərə girən yırtıcılar bir neçə sakinin təssərrüfatına ciddi ziyan vurub. 20 başdan yuxarı xırdabuynuzlu heyvanı parçalayıb. Onlardan 10-u tələf olub.
Kənd sakini Vasif Tarverdiyevin dediyinə görə, həmin qoyunlar köməklik məqsədilə rayon məşğulluq xidməti tərəfindən verilibmiş.
Baş verən hadisə ilə bağlı baytarlıq xidmətinə məlumt verilib. Canavarlar sakinlərə təxminən 4 min manat məbləğində ziyan vurub.
Kopyalandı
#Quba teqi istifadə olunub
- Qubada dəm qazı müəllimin həyatına son qoydu - Baku TV
- Qubanın Xaltan kəndində yağan qarın görüntüsü
- Quba və Şamaxıya qar yağdı | Maraqlı təbiət mənzərəsi
- "Deyirlər ki, bura mənimdir, bəs yol?!" - Sakinləri boğaza yığan məsələ - Yol zəbt olunub? - Baku TV
- Dəhşətə gətirən mənzərə | “Baku TV”nin çəkilişindən sonra bələdiyyə təcili hərəkətə keçdi - Baku TV
