Pleyeri seçin:

DGK-nın şöbə rəisinin cinayət işi məhkəmədə | Baş Prokurorluq

06 mart 2024 307 baxış

Rüşvət müqabilində qanunsuz avtomobil idxalına şərait yaradan vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin Gömrük risklərinin strateji araşdırılması şöbəsinin rəisi Anar Aslanovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həmin komitədən daxil olmuş məlumat əsasında başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla Anar Aslanovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ayrı-ayrı şəxslərdən aldığı külli miqdarda rüşvət müqabilində Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 29 mart 2023-cü il tarixli qərarının tələblərini pozmaqla 2023-cü ilin iyun-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 800-dən artıq avtomobilin qanunsuz şəkildə rəsmiləşdirməsinə şərait yaratmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış mötəbər sübutlar əsasında Anar Aslanova Cinayət Məcəlləsinin 308.2. (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hacıqabulda dəhşətə gətirən qəza baş verdi

Hacıqabulda dəhşətə gətirən qəza baş verdi

Hadisə
16 dekabr 2025 307 baxış
Biləsuvarda gizlədilən cinayət üzə çıxdı - 24 SAAT

Biləsuvarda gizlədilən cinayət üzə çıxdı - 24 SAAT

Hadisə
16 dekabr 2025 307 baxış
Azərbaycan Universitetində tələbə yıxılaraq xəsarət aldı - Baku TV

Azərbaycan Universitetində tələbə yıxılaraq xəsarət aldı - Baku TV

Hadisə
15 dekabr 2025 307 baxış
Qubada dəm qazı müəllimin həyatına son qoydu - Baku TV

Qubada dəm qazı müəllimin həyatına son qoydu - Baku TV

Hadisə
15 dekabr 2025 307 baxış
Öldüyü deyilən 72 yaşlı qadınla bağlı dəhşət | Qandonduran cinayətin təfərrüatı - Baku TV

Öldüyü deyilən 72 yaşlı qadınla bağlı dəhşət | Qandonduran cinayətin təfərrüatı - Baku TV

Hadisə
15 dekabr 2025 307 baxış
“Girib hamısını məhv ediblər” | Kürdəmir sakini dəhşətli hücumdan danışdı - Baku TV

“Girib hamısını məhv ediblər” | Kürdəmir sakini dəhşətli hücumdan danışdı - Baku TV

Hadisə
15 dekabr 2025 307 baxış
Biləcəridə evlərin bünövrəsi niyə çökdü? | Qurumdan açıqlama - Baku TV

Biləcəridə evlərin bünövrəsi niyə çökdü? | Qurumdan açıqlama - Baku TV

Hadisə
15 dekabr 2025 307 baxış
Balakənin sabiq icra başçısının cinayət əməlləri ifşa olunub

Balakənin sabiq icra başçısının cinayət əməlləri ifşa olunub

Hadisə
15 dekabr 2025 307 baxış
Balakənin sabiq icra başçısı saxlanıldı | DTX əməliyyat görüntülərini yaydı - Baku TV

Balakənin sabiq icra başçısı saxlanıldı | DTX əməliyyat görüntülərini yaydı - Baku TV

Hadisə
15 dekabr 2025 307 baxış
“Vurmuşdular, asfaltın ortasında idi” | Goranboyda dəhşətli hadisə - Baku TV

“Vurmuşdular, asfaltın ortasında idi” | Goranboyda dəhşətli hadisə - Baku TV

Hadisə
15 dekabr 2025 307 baxış
Seçilmişlər
icon