Pleyeri seçin:

DİN-dən 5 milyonluq narkotik əməliyyatı: 53 nəfər saxlanılıb

16 oktyabr 2023 444 baxış

Baş Narkotiklərlə Mübarizə İdarəsi son bir ayda “qara” bazarda dəyəri 5 milyon manat olan 240 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. İdarə əməkdaşları son bir ayda qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə bu maddələrin satışını təşkil edən şəxslərə qarşı Bakı və ölkənin digər bölgələrində silsilə əməliyyatlar zamanı 53 nəfəri saxlayıb.

Əməliyyatlar zamanı qanunsuz dövriyyədən “qara” bazarda dəyəri 5 milyon manat olan ümumilikdə 240 kiloqram, o cümlədən 91 kiloqram heroin, 78 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 40 kiloqram metamfetamin, 31 kiloqram tiryək, həşiş qatranı, kokain, eləcə də digər növdən olan narkotiklər, 4 560 ədəd psixotrop tərkibli metadon, lirika, preqabalin həbləri, 162 ədəd kultivasiya yolu ilə yetişdirilən, habelə 4 635 ədəd yabanı halda bitən çətənə kolu, bir ədəd odlu silah, çoxlu sayda elektron tərəzilər və narkotiklərin onlayn satışı zamanı istifadə edilən bank kartları çıxarılıb.

Bu sahədə Baş İdarə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyatlar zamanı mütəşəkkil dəstənin üzvləri – Arif Hümbətov, Fərid Baxışov, Mirəli Cəfərli və Mirməhərrəm Əzizli saxlanılıblar. Onlardan ümumilikdə 43 kiloqram narkotik vasitə və psixotrop maddə olan metamfetamin aşkar edilib. Bu şəxslər İrandan qanunsuz yollarla göndərilən narkotiklərin əsas tədarükçülərindən olublar.

Qeyd edilən dövrdə Baş İdarənin cənub bölgəsində keçirdiyi əməliyyatlar zamanı isə ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha 5 nəfər – Elxas Əliyev, Zaur Salayev, Sabir Şəfiyev, Vüqar Süleymanov və Əhməd Ömərov da tutularaq istintaqa təqdim ediliblər. Onlardan isə ümumilikdə 63 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Bulvarda təhlükəli anlar | FHN vətəndaşı belə xilas etdi - Baku TV

Bulvarda təhlükəli anlar | FHN vətəndaşı belə xilas etdi - Baku TV

Hadisə
20 iyun 2026 444 baxış
Moskvada PUA hücumu zamanı yaralanan şəxsin atası danışdı - Baku TV

Moskvada PUA hücumu zamanı yaralanan şəxsin atası danışdı - Baku TV

Hadisə
20 iyun 2026 444 baxış
Cəlilabadda iş zamanı faciə - Baku TV

Cəlilabadda iş zamanı faciə - Baku TV

Hadisə
19 iyun 2026 444 baxış
Məhkəmə zərərçəkmişlərin vəsatətlərini təmin etməyib - Baku TV

Məhkəmə zərərçəkmişlərin vəsatətlərini təmin etməyib - Baku TV

Hadisə
18 iyun 2026 444 baxış
Tanınmış vəkil həyatını itirən qızı haqqında nələri danışdı - ANA XƏBƏR

Tanınmış vəkil həyatını itirən qızı haqqında nələri danışdı - ANA XƏBƏR

Hadisə
17 iyun 2026 444 baxış
17 yaşlı qızı faciəvi şəkildə ölən tanınmış vəkil danışdı | "Bəlkə də, qızım ölməzdi..." - Baku TV

17 yaşlı qızı faciəvi şəkildə ölən tanınmış vəkil danışdı | "Bəlkə də, qızım ölməzdi..." - Baku TV

Hadisə
17 iyun 2026 444 baxış
Quba və Şəkidə leysan yağışlar fəsadlara səbəb olub - Baku TV

Quba və Şəkidə leysan yağışlar fəsadlara səbəb olub - Baku TV

Hadisə
17 iyun 2026 444 baxış
11 il əvvəl törədilən cinayətin məhkəmə araşdırması yekunlaşıb - Baku TV

11 il əvvəl törədilən cinayətin məhkəmə araşdırması yekunlaşıb - Baku TV

Hadisə
17 iyun 2026 444 baxış
Tovuzda bədbəxt hadisə | "Ayağı sürüşüb çaya yıxıldı" - Baku TV

Tovuzda bədbəxt hadisə | "Ayağı sürüşüb çaya yıxıldı" - Baku TV

Hadisə
17 iyun 2026 444 baxış
Güclü külək və dolu Göyçayda həyatı iflic etdi - Baku TV

Güclü külək və dolu Göyçayda həyatı iflic etdi - Baku TV

Hadisə
16 iyun 2026 444 baxış
Seçilmişlər
icon