Hadisə
Pleyeri seçin:

DİN-dən əməliyyat: İranlı dəstənin Azərbaycandakı üzvləri saxlanıldı

03 iyul 2023

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən dəstənin Azərbaycandakı üzvlərinə və qanunsuz olaraq odlu silah əldə edib saxlayan şəxslərə qarşı növbəti təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib.

Saxlanılan şəxslərdən 33 kiloqram narkotik vasitə, 2 tapança, 2 avtomat silah, 1 ov tüfəngi, 47 ədəd patron və 3 ədəd patron darağı aşkar edilib.

Əməliyyatlar zamanı paytaxt ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Vaqif Novruzov, İsmayıl Piriyev, Ülvi İbrahimov saxlanılıblar. Onlardan ümumilikdə 33 kiloqram narkotik vasitə, o cümlədən, 17 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və 16 kiloqram heroin aşkar edilib.

Araşdırma nəticəsində müəyyən edilib ki, Vaqif Novruzov, İsmayıl Piriyev və Ülvi İbrahimov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onların ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri satmaq niyyəti ilə qəbul ediblər.

Baş İdarə əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Balakən, Qusar, Sabirabad və Xaçmaz rayonlarında həyata keçirilən əməliyyatlar zamanı qanunsuz olaraq odlu silah əldə edib saxlayan şəxslər – Teymur Nərimanov, Samir Şəkiliyev, Emin Bağıyev, Bəyanət Əsgərov və Eldəniz Fərzəliyev saxlanılıblar. Nəticədə Teymur Nərimanovdan 1 ədəd “Minta-37” markalı tapança, 1 ədəd patron, 1 ədəd patron darağı, Samir Şəkiliyevdən 1 ədəd “Naqan” markalı tapança, Emin Bağıyevdən “AKS-74” markalı avtomat silah, 1 ədəd patron darağı, 27 ədəd patron, Bəyanət Əsgərovdan 1 ədəd lüləsi və qundağı kəsilmiş "TOZ” markalı ov tüfəngi, Eldəniz Fərzəliyevdən isə “ Kalaşnikov” markalı avtomat, 19 ədəd patron və 1 sandıqça aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məşhur müğənni ağır qəza törətdi | Şəmkirdə hadisə

Məşhur müğənni ağır qəza törətdi | Şəmkirdə hadisə

Hadisə
05 may 2024
Ramanada tükürpərdici qətl | Baş Prokurorluq məlumat yaydı

Ramanada tükürpərdici qətl | Baş Prokurorluq məlumat yaydı

Hadisə
05 may 2024
Bıçaqlanan həkimlə bağlı DİN-dən açıqlama | Əmircanda dəhşətli hadisə

Bıçaqlanan həkimlə bağlı DİN-dən açıqlama | Əmircanda dəhşətli hadisə

Hadisə
05 may 2024
Xətaidə meyit aşkarlandı | FHN məlumat yaydı

Xətaidə meyit aşkarlandı | FHN məlumat yaydı

Hadisə
05 may 2024
Maştağada bıçaqlanma: xəsarət alan şəxs həyatını itirdi

Maştağada bıçaqlanma: xəsarət alan şəxs həyatını itirdi

Hadisə
05 may 2024
Qətlə yetirilən həkimin qonşuları danışdı | Şəkidə dəhşətli qətl

Qətlə yetirilən həkimin qonşuları danışdı | Şəkidə dəhşətli qətl

Hadisə
05 may 2024
Astarada bədbəxt hadisə | 22 yaşlı oğlan həlak oldu

Astarada bədbəxt hadisə | 22 yaşlı oğlan həlak oldu

Hadisə
04 may 2024
Abşeronda gizli sexin ifşası | Bunları alanda diqqətli olun!

Abşeronda gizli sexin ifşası | Bunları alanda diqqətli olun!

Hadisə
04 may 2024
Nələri satmaq qanunsuzdur? | DİN Bakıda əməliyyat keçirdi

Nələri satmaq qanunsuzdur? | DİN Bakıda əməliyyat keçirdi

Hadisə
03 may 2024
Bir də gördüm, camaat tökülüşdü…  | Bakıda sevgililərin davasının dəhşətli sonu

Bir də gördüm, camaat tökülüşdü… | Bakıda sevgililərin davasının dəhşətli sonu

Hadisə
03 may 2024
Seçilmişlər
icon