DİN-dən həlak olan polislə bağlı açıqlama | Hacıqabulda faciəvi qəza
Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib.
“Toyota Prado” markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşın uşaq bağçasının divarına çırpılıb.
TƏBİB-in açıqlamasında qeyd olunub ki, Hacıqabulun İsmət Qayıbov küçəsində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı xəsarət alanlardan 38 yaşlı Ramil Əsgərovun həkiməqədər ölümü qeydə alınıb. 30 yaşlı İlqar Cəfərov isə alın-təpə nahiyəsinin çapılmış yarası diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə hospitalizasiya olunub. Xəsarət alan şəxsə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, həyatını itirən Ramil Əsgərov polis kapitanı olub. Hadisə xidməti ərazini yoxlayarkən baş verib.
Faktla bağlı araşdırma aparılır.
#Hacıqabul teqi istifadə olunub
- Hacıqabulda vətəndaşları xaricdə iş adı ilə aldadan şəxs tutuldu - CANLI
- Sakinlər qurdlu suyu görün necə içir | Acınacaqlı vəziyyətdə qalanların üsyanı
- Hacıqabulda dəhşət | Təcili tibbi yardım maşını ağır qəzaya düşdü
- Hacıqabulda yol qəzası | Taxıl daşıyan yük maşını aşdı
- Kanalda batan yaşlı kişinin meyiti belə çıxarıldı | FHN hadisə yerində
