Sakinlər qurdlu suyu görün necə içir | Acınacaqlı vəziyyətdə qalanların üsyanı
Hacıqabul rayonunun Talış kəndinin bir hissəsi və ona qonşu olan Kolanı kəndi illərdir içməli su üzünə həsrət qalıb.
Sakinlər deyirlər ki, hər iki kəndin yaxınlığında yerləşən Kür Su Kəmərləri İdarəsi ölkənin yarısını su ilə təmin etsə də, min nəfərdən çox sakinin yaşadığı Kolanı və Talış kənd sakinləri içməyə su tapmırlar.
Problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, heç bir nəticəsi olmayıb.
“Qurdlu su içirik. Belə yaşayış olmaz. Bu dövrdə belə yaşayırıqsa, artıq söz tapmıram”, – Kolanı kənd sakini deyib.
“Biz də təmiz su içmək istəyirik. Gətirib sayğac quraşdırsınlar, istifadə edək, pulumuzu ödəyək. Hazırda içməli suyu pulla alırıq, təsərrüfat suyunu duruldaraq içirik. Əgər yoxlasanız, hamı böyrək xəstəsidir”, – digər sakin bildirib.
#Hacıqabul teqi istifadə olunub
- Qardaş bacı qatili oldu | Hacıqabulda dəhşətli qətl - Baku TV
- Hacıqabulda 19 yaşlı xanım qətlə yetirildi - Baku TV CANLI
- Hacıqabulda ağır qəza | Sərnişin avtobusunun aşma səbəbi nədir? - Baku TV
- "Bilmədim necə oldu" | Hacıqabulda ağır qəza: "Gördüm ki, idarə edə bilmirəm" - Baku TV
- Hacıqabulda fərdi yaşayış evi yanaraq külə döndü | "Evdən bir gəlin və uşaq çıxıb" - Baku TV
