Pleyeri seçin:

Doğum evindəki faciəvi yanğınla bağlı cinayət işi açıldı

09 yanvar 2024 526 baxış

Respublika Perinatal Mərkəzində baş vermiş yanğında 4 uşaq ölüb, 3 nəfər tüstüdən zəhərlənib.

Bu barədə Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və TƏBİB-in birgə məlumatında bildirilib.

Qeyd olunub ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş verən yanğın Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb, aidiyyəti dövlət orqanlarının koordinasiyalı və operativ fəaliyyəti nəticəsində Mərkəzdə olan şəxslər təxliyə olunub.

Baş Prokurorluğun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə hadisə yerinin müayinəsi aparılıb, eləcə də zəruri və təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub.

Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkarlanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda və səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Obyektlərdəki təhlükənin ifşası | FHN-in keçirdiyi monitorinqdə nələr ortaya çıxdı? - Baku TV

Obyektlərdəki təhlükənin ifşası | FHN-in keçirdiyi monitorinqdə nələr ortaya çıxdı? - Baku TV

Hadisə
23 dekabr 2025 526 baxış
"Düşəndə başı dəmir boruya dəydi" - Dəhşət: Şahid 19 yaşlı qızın başına gələnləri danışdı - Baku TV

"Düşəndə başı dəmir boruya dəydi" - Dəhşət: Şahid 19 yaşlı qızın başına gələnləri danışdı - Baku TV

Hadisə
23 dekabr 2025 526 baxış
Bakıda avtomobil yoldan çıxaraq parka girdi - Baku TV

Bakıda avtomobil yoldan çıxaraq parka girdi - Baku TV

Hadisə
23 dekabr 2025 526 baxış
Göyçayda dəhşətli yanğın | Zərərçəkən sakinlər fəryad etdi - Baku TV

Göyçayda dəhşətli yanğın | Zərərçəkən sakinlər fəryad etdi - Baku TV

Hadisə
23 dekabr 2025 526 baxış
Xətaidə dəhşətli ailə faciəsi | İki nəfər dəm qazından boğularaq həyatını itirdi - Baku TV CANLI

Xətaidə dəhşətli ailə faciəsi | İki nəfər dəm qazından boğularaq həyatını itirdi - Baku TV CANLI

Hadisə
22 dekabr 2025 526 baxış
"Yazığın evi var idi ki?!" | Bakıda yeniyetmə bacı-qardaşın dəhşətə gətirən sonu - Baku TV

"Yazığın evi var idi ki?!" | Bakıda yeniyetmə bacı-qardaşın dəhşətə gətirən sonu - Baku TV

Hadisə
22 dekabr 2025 526 baxış
"Kişini niyə çıxarmadığını soruşdum, yalan dedi ki..." | Müəmmalı yanğın faciə ilə bitdi - Baku TV

"Kişini niyə çıxarmadığını soruşdum, yalan dedi ki..." | Müəmmalı yanğın faciə ilə bitdi - Baku TV

Hadisə
22 dekabr 2025 526 baxış
87 yaşlı qadın kanalda batıb? - Tərtərdə müəmmalı hadisə - Baku TV

87 yaşlı qadın kanalda batıb? - Tərtərdə müəmmalı hadisə - Baku TV

Hadisə
21 dekabr 2025 526 baxış
“Yola çıxanda artıq canavar xanımı...” | Yasa gedən Şəki sakinləri dəhşət yaşadı - Baku TV

“Yola çıxanda artıq canavar xanımı...” | Yasa gedən Şəki sakinləri dəhşət yaşadı - Baku TV

Hadisə
21 dekabr 2025 526 baxış
Mikroavtobus ağaca dəyib: 1 ölü, 6 yaralı

Mikroavtobus ağaca dəyib: 1 ölü, 6 yaralı

Hadisə
21 dekabr 2025 526 baxış
Seçilmişlər
icon