Pleyeri seçin:
Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu vəfat etdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu ildırım vurması nəticəsində vəfat edib.
Bu barədə qurumdan məlumat verilib. Bildirilib ki, iyunun 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər. Faktla bağlı araşdırma aparılır.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçuların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir. Allah rəhmət etsin!
Kopyalandı
#Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti teqi istifadə olunub
- "Göytəpə"də sərhədi pozmağa çalışan silahlı şəxs zərərsizləşdirildi - ƏSAS XƏBƏR
- Dövlət sərhədini pozmaq cəhdinin qarşısı alınıb - ANA XƏBƏR
- DSX əməliyyat keçirdi | Qaçaqmalçılığın qarşısı alındı - Baku TV CANLI
- Dövlət Sərhəd Xidməti İranla sərhəddə təcili əməliyyat keçirdi - Baku TV CANLI
- İlham Əliyev DSX-nin bir sıra hərbi qulluqçularını təltif etdi - Baku TV
