Ərlə arvadın davası faciə ilə bitdi | Baş Prokurorluqdan məlumat
Abşeron rayonun Xırdalan şəhərində hündürmərtəbəli binanın pəncərəsindən atıldığı bildirilən qadın ölüb.
Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, iyulun 23-ü saat 07:00 radələrində 2002-ci il təvəllüdlü Ayşən Kazımovanın Abşeron rayonu, Xırdalan şəhəri ərazisində çoxmərtəbəli binadan yıxılması barədə Rayon Prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 2002-ci təvəllüdlü Hüseyn Kazımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ayşən Kazımovanı yaşadıqları mənzilin pəncərəsindən yerə atması nəticəsində sonuncunun aldığı bədən xəsarətlərindən müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Kazımov iş üzrə şübhəli şəxs qismində tutulub.
Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
#Xırdalan teqi istifadə olunub
- “Sürücü idi, eşitmişəm ki...” | Abşeronda mərmər sexində dəhşətə gətirən hadisə
- "Bu binanı tikənlər hazırda həbsdədir" | Xırdalandakı problemli binanın aqibəti necə olacaq?
- Şəhərə gələn Xırdalan sakinlərinin gözü yolda qaldı | Bəs AYNA nə dedi?
- Xırdalandan yeni marşrut xətti istifadəyə verilir
- "Uşaq ağlaya-ağlaya 17-yə qalxır" | Sakinləri bezdirən problem niyə həll edilmir?
