Ermənilərin alt-üst olan təxribatı: Xocavənddə körpülərə quraşdırılan partlayıcılar
Yeniliklərdən dərhal xəbərdar olun
Xocavənddə 4 körpüyə birləşdirilən partlayıcı qurğular aşkarlanıb. Yüksək partlayış gücünə malik qurğular körpülərin alt və yan hissələrinə birləşdirilib.
Bu barədə Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin birgə məlumatında bildirilib.
Məlumata görə, yaşayış binaları, mərkəzi rayon xəstəxanası, eləcə də fərdi yaşayış məhəllələri yaxınlığında yerləşən körpülərdə qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırılan ümumilikdə tərkibində 200 kq-dan artıq trotil dolu qutulardan ibarət tələ məftili və elektrik üsulu ilə işə düşən partlayıcı qurğular müəyyən edilib.
Belə ki, körpülərin alt və yan tərəflərinə hər biri 25 kq-lıq trotil hissələrlə dolu qutulara elektrik detonatoru və partlayışın gücləndirilməsi məqsədilə bir neçə ədəd TM-57 növlü tank əleyhinə minalar quraşdırılıb. Bu kimi partlayıcı qurğular isə ölümcül partlayışın törədilməsi, texnika və insanların kütləvi şəkildə məhv edilməsi məqsədilə yerləşdirilib.
Aşkar edilən partlayıcı qurğular ANAMA əməkdaşları tərəfindən zərərsizləşdirilərək ərazilərin təhlükəsizliyi təmin edilib.
#Xocavənd teqi istifadə olunub
- "Biz öz doğma yurdumuza gəlmişik" | Doğma yurda qayıdan ailənin sevinci - Baku TV
- 40 ailə doğma yurduna qayıtdı | Xocavənddə xoş anlar - Baku TV CANLI
- Bu il Xocavəndin Kiş kəndinə 110 ailənin köçürülməsi planlaşdırılır - Baku TV
- Hadrutun düşmən işğalından azad olunmasından 6 il ötür - Baku TV
- Beynəlxalq səyahətçilərin Xocavənd səfərində hansı məqamlar diqqət çəkib? - Baku TV
