Pleyeri seçin:

Ev sahiblərini şoka salan hadisənin detalları | "Hamısını yandırdılar, qalanı da..." - Baku TV

06 yanvar 2026 222 baxış

Lənkəranın Göyşaban kəndində ev yanıb.

Kənd sakini Şamil Qurbanova məxsus ikimərtəbəli evin əşyaları yanaraq yararsız hala düşüb.

Mülk sahibinin anası iddia edir ki, evə girən şəxslər əvvəl oğurluq edib, sonra evi yandırıblar:

“Gəlib gördüm ki, ev külə dönüb. Yeyib-içiblər, hər şeyi talayıb, sonra da yandırıblar. Bütün ev-eşik pis günə düşüb. Buranı yenidən evə oxşatmaq üçün 20-30 min manat lazımdır”.

Daxili İşlər Nazirliyindən bildirilib ki, yanvar ayının 6-da Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi, daha sonra həmin ünvanda yanğın hadisəsinin baş verməsi ilə bağlı polisə müraciət daxil olub. Hazırda həmin müraciət üzrə Lənkəran Şəhər-Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılır.

Qeyd edək ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Qısa müddət ərzində yanğın söndürülüb. Vaxtında görülən tədbirlər nəticəsində evin tam yanmasının qarşısı alınıb.

Kopyalandı
Diqqət: Bu şirkət rəhbərləri dələduzluqla məşğuldur - Baku TV

Diqqət: Bu şirkət rəhbərləri dələduzluqla məşğuldur - Baku TV

Hadisə
12 mart 2026 222 baxış
Yevlaxda dəhşətli hadisə | 63 yaşlı kişinin faciəvi ölümü - Baku TV

Yevlaxda dəhşətli hadisə | 63 yaşlı kişinin faciəvi ölümü - Baku TV

Hadisə
11 mart 2026 222 baxış
Mingəçevirdə müəmmalı hadisə | Müəllim evində ölü tapıldı - Baku TV

Mingəçevirdə müəmmalı hadisə | Müəllim evində ölü tapıldı - Baku TV

Hadisə
10 mart 2026 222 baxış
Kürdəmirdə dördotaqlı ev yanaraq külə döndü - Baku TV

Kürdəmirdə dördotaqlı ev yanaraq külə döndü - Baku TV

Hadisə
10 mart 2026 222 baxış
Avtobusda cibgirlik etdiyi an kameraya düşdü - Baku TV

Avtobusda cibgirlik etdiyi an kameraya düşdü - Baku TV

Hadisə
09 mart 2026 222 baxış
“Almanı ona görə tüpürüb sildi ki..." - Bazarda ürəkbulandıran əməli ört-basdır edirlər? - Baku TV

“Almanı ona görə tüpürüb sildi ki..." - Bazarda ürəkbulandıran əməli ört-basdır edirlər? - Baku TV

Hadisə
09 mart 2026 222 baxış
2 uşaq anasının faciəvi ölümü | "Süst halda idi, gördük ki, oturduğu yerdə..." - Baku TV

2 uşaq anasının faciəvi ölümü | "Süst halda idi, gördük ki, oturduğu yerdə..." - Baku TV

Hadisə
09 mart 2026 222 baxış
Mingəçevirdə bədbəxt hadisə | Kirayənişin qaldığı evdə öldü - Baku TV

Mingəçevirdə bədbəxt hadisə | Kirayənişin qaldığı evdə öldü - Baku TV

Hadisə
09 mart 2026 222 baxış
Masazırda qadını elektrik cərəyanı vurdu - Baku TV

Masazırda qadını elektrik cərəyanı vurdu - Baku TV

Hadisə
08 mart 2026 222 baxış
Stomatoloqa gedən vətəndaş sağlam dişlərini itirdi? - Baku TV

Stomatoloqa gedən vətəndaş sağlam dişlərini itirdi? - Baku TV

Hadisə
08 mart 2026 222 baxış
Seçilmişlər
icon