Pleyeri seçin:

FHN bu hoteldə yoxlama keçirdi | Əməliyyat anının görüntüləri

19 mart 2025 205 baxış

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəli hotelin fəaliyyətini dayandırıb.

Bu barədə Nazirlikdən bildirilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rixard Zorge küçəsi, ev 8 ünvanında yerləşən “Rosemary Inn” hotelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, həmçinin mövcud qurğuya lisenziyası olan təşkilat tərəfindən texniki qulluq göstərilməyib; elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib; obyekt yanğın su hovuzu, odsöndürən balon və daxili yanğın kranları ilə təmin olunmayıb; obyektdə tezalışan üzlüklərdən istifadə olunub, taxta konstruksiyalara isə odadavamlı məhlul hopdurulmayıb; köçürmə çıxışlarının qapılarının otaqlardan çıxışa doğru sərbəst açılması təmin olunmayıb; təxliyə planı mövcud deyil və insanların təxliyəsi üçün “Çıxış” sözü yazılmış işıqlı göstəricilər quraşdırılmayıb; təxliyə yolları yanar materiallarla bağlanılıb; mövcud havalandırma sisteminin istismara yararlılığı barədə müvafiq sənədlər təqdim olunmayıb; obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi təqdim edilməyib; obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Qeyd olunanları nəzərə alaraq yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Rosemary Inn” hotelinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Bir sıra vəzifəli şəxslərin qaçaqmalçılıq cinayəti ilə bağlı təfərrüatlar məlum olub - Baku TV CANLI

Bir sıra vəzifəli şəxslərin qaçaqmalçılıq cinayəti ilə bağlı təfərrüatlar məlum olub - Baku TV CANLI

Hadisə
23 dekabr 2025 205 baxış
Obyektlərdəki təhlükənin ifşası | FHN-in keçirdiyi monitorinqdə nələr ortaya çıxdı? - Baku TV

Obyektlərdəki təhlükənin ifşası | FHN-in keçirdiyi monitorinqdə nələr ortaya çıxdı? - Baku TV

Hadisə
23 dekabr 2025 205 baxış
"Düşəndə başı dəmir boruya dəydi" - Dəhşət: Şahid 19 yaşlı qızın başına gələnləri danışdı - Baku TV

"Düşəndə başı dəmir boruya dəydi" - Dəhşət: Şahid 19 yaşlı qızın başına gələnləri danışdı - Baku TV

Hadisə
23 dekabr 2025 205 baxış
Bakıda avtomobil yoldan çıxaraq parka girdi - Baku TV

Bakıda avtomobil yoldan çıxaraq parka girdi - Baku TV

Hadisə
23 dekabr 2025 205 baxış
Göyçayda dəhşətli yanğın | Zərərçəkən sakinlər fəryad etdi - Baku TV

Göyçayda dəhşətli yanğın | Zərərçəkən sakinlər fəryad etdi - Baku TV

Hadisə
23 dekabr 2025 205 baxış
Xətaidə dəhşətli ailə faciəsi | İki nəfər dəm qazından boğularaq həyatını itirdi - Baku TV CANLI

Xətaidə dəhşətli ailə faciəsi | İki nəfər dəm qazından boğularaq həyatını itirdi - Baku TV CANLI

Hadisə
22 dekabr 2025 205 baxış
"Yazığın evi var idi ki?!" | Bakıda yeniyetmə bacı-qardaşın dəhşətə gətirən sonu - Baku TV

"Yazığın evi var idi ki?!" | Bakıda yeniyetmə bacı-qardaşın dəhşətə gətirən sonu - Baku TV

Hadisə
22 dekabr 2025 205 baxış
"Kişini niyə çıxarmadığını soruşdum, yalan dedi ki..." | Müəmmalı yanğın faciə ilə bitdi - Baku TV

"Kişini niyə çıxarmadığını soruşdum, yalan dedi ki..." | Müəmmalı yanğın faciə ilə bitdi - Baku TV

Hadisə
22 dekabr 2025 205 baxış
87 yaşlı qadın kanalda batıb? - Tərtərdə müəmmalı hadisə - Baku TV

87 yaşlı qadın kanalda batıb? - Tərtərdə müəmmalı hadisə - Baku TV

Hadisə
21 dekabr 2025 205 baxış
“Yola çıxanda artıq canavar xanımı...” | Yasa gedən Şəki sakinləri dəhşət yaşadı - Baku TV

“Yola çıxanda artıq canavar xanımı...” | Yasa gedən Şəki sakinləri dəhşət yaşadı - Baku TV

Hadisə
21 dekabr 2025 205 baxış
Seçilmişlər
icon