Hadisə
Pleyeri seçin:
FHN-dən Siyəzəndə dənizdə batan 3 yeniyetmə ilə bağlı məlumat
Siyəzəndə 3 nəfər dənizdə boğulub. Hadisə Zarat kəndində qeydə alınıb.
Batanlardan 2-si Zarat kənd sakinləri 16 yaşlı Mehdi Manafov və 17 yaşlı Rəvan Bəşirovdur. 3-cü şəxs isə Bakı şəhər sakini Nemət Əhmədovdur. Onun kəndə istirahətə gəldiyi bildirilir.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bu gün səhər saatlarında Nemət Əhmədovun cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda FHN-in Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc xilasediciləri axtarışları davam etdirir.
Kopyalandı
Seçilmişlər