Pleyeri seçin:

Gömrük rəsmiləşdirilməsi müqabilində rüşvət alan şəxslər həbs edildi

16 avqust 2023 126 baxış

Gömrük rəsmiləşdirilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs edilib.

Bu barədə Baş Prokurorluq və Dövlət Gömrük Komitəsinin birgə məlumatında bildirilib.

Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə ölkəyə idxal edilmiş məhsulların gömrük rəsmiləşdirilməsi prosesində süni maneələr yaradaraq sonradan gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi müqabilində vətəndaşdan rüşvət alan bir qrup vəzifəli şəxs cinayət başında yaxalanıb.

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin inspektoru Məzahir İsmayılovun qeyd edilən qanunsuz əməllərin törədilməsi üçün ona vasitəçilik edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialının müdiri Elşan Abdullayev və “ƏRTRANSPORT” MMC-nin faktiki rəhbəri Ədalət Quliyevlə əlbir olub vətəndaşa məxsus şirkətin hesabına idxal edilmiş avtomobil ehtiyyat hissələrinin gömrük rəsmiləşdirilməsində süründürməçilik hallarına yol verməsi, daha sonra səthi baxış keçirməklə malların gömrük nəzarətindən sürətli şəkildə buraxılmasına görə həmin şəxsdən 8 min manat məbləğində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlar zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.

Göstərilən faktlar üzrə başlanmış cinayət işi üzrə Məzahir İsmayılov, Elşan Abdullayev və Ədalət Quliyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xətaidə dəhşətli ailə faciəsi | İki nəfər dəm qazından boğularaq həyatını itirdi - Baku TV CANLI

Xətaidə dəhşətli ailə faciəsi | İki nəfər dəm qazından boğularaq həyatını itirdi - Baku TV CANLI

Hadisə
22 dekabr 2025 126 baxış
"Yazığın evi var idi ki?!" | Bakıda yeniyetmə bacı-qardaşın dəhşətə gətirən sonu - Baku TV

"Yazığın evi var idi ki?!" | Bakıda yeniyetmə bacı-qardaşın dəhşətə gətirən sonu - Baku TV

Hadisə
22 dekabr 2025 126 baxış
"Kişini niyə çıxarmadığını soruşdum, yalan dedi ki..." | Müəmmalı yanğın faciə ilə bitdi - Baku TV

"Kişini niyə çıxarmadığını soruşdum, yalan dedi ki..." | Müəmmalı yanğın faciə ilə bitdi - Baku TV

Hadisə
22 dekabr 2025 126 baxış
87 yaşlı qadın kanalda batıb? - Tərtərdə müəmmalı hadisə - Baku TV

87 yaşlı qadın kanalda batıb? - Tərtərdə müəmmalı hadisə - Baku TV

Hadisə
21 dekabr 2025 126 baxış
“Yola çıxanda artıq canavar xanımı...” | Yasa gedən Şəki sakinləri dəhşət yaşadı - Baku TV

“Yola çıxanda artıq canavar xanımı...” | Yasa gedən Şəki sakinləri dəhşət yaşadı - Baku TV

Hadisə
21 dekabr 2025 126 baxış
Mikroavtobus ağaca dəyib: 1 ölü, 6 yaralı

Mikroavtobus ağaca dəyib: 1 ölü, 6 yaralı

Hadisə
21 dekabr 2025 126 baxış
Dərmanların qanunsuz keçirilməsinin qarşısı alındı | Balakən Gömrük İdarəsində əməliyyat - Baku TV

Dərmanların qanunsuz keçirilməsinin qarşısı alındı | Balakən Gömrük İdarəsində əməliyyat - Baku TV

Hadisə
21 dekabr 2025 126 baxış
Naxçıvan hava limanında sərnişinlərin əşyalarını oğurlayan şəxslər ifşa olundu - Baku TV

Naxçıvan hava limanında sərnişinlərin əşyalarını oğurlayan şəxslər ifşa olundu - Baku TV

Hadisə
21 dekabr 2025 126 baxış
FHN Maştağada baş verən yanğını nəzarətə aldı - Baku TV

FHN Maştağada baş verən yanğını nəzarətə aldı - Baku TV

Hadisə
21 dekabr 2025 126 baxış
Şəkidə canavar kəndə hücum edərək sakinlərə xəsarət yetirib - Baku TV

Şəkidə canavar kəndə hücum edərək sakinlərə xəsarət yetirib - Baku TV

Hadisə
21 dekabr 2025 126 baxış
Seçilmişlər
icon