Pleyeri seçin:

Dörd işçinin ölümündə təqsirləndirilən şəxs həbs edildi

23 noyabr 2025 228 baxış

Noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesində yerləşən "Lake Hotel"in işçiləri ‒ 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovun iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, cinayət işi üzrə prokuror-kriminalist və müvafiq ekspertin iştirakı ilə hadisə yerinin ətraflı müayinəsi aparılaraq maddi sübutlar toplanıb, çoxsaylı istintaq hərəkətləri yerinə yetirilib, habelə ekspertizalar təyin olunub.

Toplanmış sübutlarla "Lake Hotel"in icarədarı Ağasif Verdiyev tərəfindən elektrik şəbəkəsinin mühafizə zonası ərazisində planlaşdırılan və həyata keçirilən işlər zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2024-cü il tarixli qərarı ilə təsdiq olunmuş "Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər"ə və digər normativ aktlara zidd olaraq texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarını pozmasına əsaslı şübhələr müəyyən edilib.

Ağasif Verdiyev noyabrın 21-də cinayət işi üzrə Rayon Prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Noyabrın 22-də isə A.Verdiyev Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunub.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında A.Verdiyevin barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir və baş vermiş hadisədə təqsiri olan bütün şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Telefonunu taksidə unutdu, geri ala bilmir, çünki... | "Taksi şirkəti borclu idi ki..." - Baku TV

Telefonunu taksidə unutdu, geri ala bilmir, çünki... | "Taksi şirkəti borclu idi ki..." - Baku TV

Hadisə
05 fevral 2026 228 baxış
"Uşağı qırağa çəkib ki..." - Qandonduran hadisə: Bıçaqlanan 7 yaşlı oğlanın atası danışdı - Baku TV

"Uşağı qırağa çəkib ki..." - Qandonduran hadisə: Bıçaqlanan 7 yaşlı oğlanın atası danışdı - Baku TV

Hadisə
05 fevral 2026 228 baxış
Cəlilabaddakı hadisə ilə bağlı Baş Prokurorluq məlumat yaydı - 24 SAAT

Cəlilabaddakı hadisə ilə bağlı Baş Prokurorluq məlumat yaydı - 24 SAAT

Hadisə
05 fevral 2026 228 baxış
Göygöldə dəhşətli qətl | Kənd sakininin meyiti dərədən tapıldı - Baku TV

Göygöldə dəhşətli qətl | Kənd sakininin meyiti dərədən tapıldı - Baku TV

Hadisə
05 fevral 2026 228 baxış
Cəlilabadda qardaşının övladlarını baltalayan kişinin ölüm səbəbi

Cəlilabadda qardaşının övladlarını baltalayan kişinin ölüm səbəbi

Hadisə
04 fevral 2026 228 baxış
Ağlasığmaz dələduzluq | "Xaricdə iş" adı ilə 130 nəfəri aldadanların əməlləri ifşa olundu - Baku TV

Ağlasığmaz dələduzluq | "Xaricdə iş" adı ilə 130 nəfəri aldadanların əməlləri ifşa olundu - Baku TV

Hadisə
04 fevral 2026 228 baxış
Şabranda şagirdlər arasında mübahisə davaya səbəb oldu - Baku TV

Şabranda şagirdlər arasında mübahisə davaya səbəb oldu - Baku TV

Hadisə
04 fevral 2026 228 baxış
Sumqayıtda mənzildən kişi meyiti tapıldı - Baku TV

Sumqayıtda mənzildən kişi meyiti tapıldı - Baku TV

Hadisə
04 fevral 2026 228 baxış
Gəncədə dəhşətli hadisə | 25 yaşlı gənci küçədə bıçaqladılar - Baku TV

Gəncədə dəhşətli hadisə | 25 yaşlı gənci küçədə bıçaqladılar - Baku TV

Hadisə
03 fevral 2026 228 baxış
"Hamısını kəsib-doğrayıblar, üstünü də torpaqla..." | "Ağ Şəhər” ərazisində nə baş verib? - Baku TV

"Hamısını kəsib-doğrayıblar, üstünü də torpaqla..." | "Ağ Şəhər” ərazisində nə baş verib? - Baku TV

Hadisə
03 fevral 2026 228 baxış
Seçilmişlər
icon