Hadisə
Pleyeri seçin:
Goranboyda bədbəxt hadisə: 2 azyaşlı qız atasız qaldı
Kəlbəcərdən olan 28 yaşlı Goranboy sakini Ağdaşda su kanalında boğulub.
Bədbəxt hadisə Yuxarı Şirvan kanalının Ağdaşın Bulaqotağı kəndindən keçən hissəsində baş verib.
Goranboyun Zeyvə kənd sakini Daşqın Bəxtiyarov balıq tutarkən kanala yıxılıb. Ətrafdakılar onu xilas edə bilmədiyindən hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.
Qeyd edək ki, Daşqın Bəxtiyarov 2 azyaşlı qız atası olub.
Kopyalandı
Seçilmişlər