Hadisə
Pleyeri seçin:
Göygöldə zəhərlənmə ilə bağlı çox sayda insan xəstəxanaya yerləşdirildi
Göygöldə kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.
Rayon ərazisində yerləşən istirahət mərkəzlərinin birində ziyafətdə iştirak edənlərin bir qisminin vəziyyəti qida qəbul etdikdən sonra pisləşib və 15-dən artıq şəxs Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.
Zəhərlənənlərə müvafiq tibbi yardım göstərilib. Onların vəziyyətinin qənaətbəxş oluğu bildirilir.
Kopyalandı
Seçilmişlər