Pleyeri seçin:
Gürcüstanda azərbaycanlı qətlə yetirildi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanda soydaşımız qətlə yetirilib.
Hadisə Bolnisi rayonunun Saraçlı kəndində baş verib.Belə ki, itkin düşən 34 yaşlı kənd sakini İsa Hüseynov bir gün sonra Saraçlı meşəsinə yaxın ərazidə ölü tapılıb.
Əraziyə Gürcüstan Daxili İşlər Nazirliyinin ekspertiza qrupu cəlb edilib. Ekspertiza nəticəsində gəncin bədən və boğaz nahiyələrindən çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirildiyi məlum olub.
Mərhumun ailə üzvləri İsa Hüseynovun heç kimlə münaqişəsinin olmadığını bildiriblər.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə istintaq aparılır. Hadisə ilə bağlı hələlik heç kəs saxlanılmayıb.
Kopyalandı
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
