Gürcüstanda dəhşətə gətirən anlar | 7 azərbaycanlı gənc faciəvi şəkildə həlak oldu - Baku TV
Gürcüstanın əsasən azərbaycanlıların məskunlaşdığı Qardabani rayonunda avtoqəza nəticəsində 7 nəfər ölüb, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə Qardabani-Rustavi yolunda qeydə alınıb. Qəza nəticəsində Birlik kəndindən olan iki qardaş – Şamil, Kamil Əliyevlər və onların qohumlarının – Xəlil və Sahir Cəlilovların həyatlarını itirdikləri məlum olub.
Ölənlərin Saqarejo rayonundan olan digər gənclərlə birlikdə avtomobildə olduqları bildirilir. Məlumata görə, Şamil 17, Kamil isə 19 yaşında olub.
Yerli sakinlər onların valideynlərini erkən itirdiklərini və nənə-baba himayəsində böyüdüklərini bildirirlər.
Hadisə şahidlərinin ilkin məlumatına görə, zərbənin gücündən ağac kökündən çıxıb, avtomobil iki hissəyə bölünüb. Avtomobilin bir hissəsi alışaraq yanmağa başlayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub, istintaq tədbirləri davam etdirilir. Mərhumların meyitləri üzrə məhkəmə-tibbi ekspertiza təyin olunub. Yaralı gəncin vəziyyətinin kritik olduğu bildirilir.
#Gürcüstan teqi istifadə olunub
- Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər - ANA XƏBƏR
- Tbilisidə səyyar ASAN avtobusu 500-ə yaxın vətəndaşa xidmət göstərdi - Baku TV
- "Rusiya süni böhranlarla bu ölkələri hədəf alır" | Ekspertlər nələri açıqladı? - Baku TV
- Bakı-Tbilisi-Qars dəmir yolu xətti modernləşdirilmədən sonra istismara verildi - Baku TV
- Bakı–Tbilisi–Qars dəmir yolu xətti modernləşdirilmədən sonra ilk dəfə istifadəyə verilir
