Pleyeri seçin:
Həmyerlilərimizin Rusiyada saxlanılma səbəbi | Dəhşətli hadisənin təfərrüatı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada Azərbaycan vətəndaşlarından ibarət altı nəfərlik cinayətkar qruplaşma saxlanılıb.
Bu barədə yerli xəbər agentlikləri Rusiya hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.
Qurumdan bildirilib ki, qruplaşma üzvləri uzun müddət markalanmamış tütün və spirtli içkilərin satışı ilə məşğul olub.
“Onlar saxta məhsulların satışını Tver şəhərində və vilayətin bir neçə rayonunda icra edirdilər”, – deyə qurumun məlumatında bildirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları məhsulların saxlanıldığı anbara baxış keçirdikdən sonra oradan 100 milyon rubl, təqribən 1,7 milyon manat dəyərində məhsul müsadirə edib. Saxta məhsulların satışı ilə bağlı cinayət işi açılıb.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
- Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV
- İngilis marşal dəniz ittifaqı yaradır
- Tehran MDB ölkələri ilə əməkdaşlığını genişləndirmək istəyir | Rusiyanın mövqeyi nədir? - Baku TV
- Yakutskda ekstremal üzgüçülük yarışı keçirilib
- Qisas, yoxsa sülh? | İrəvan gələcək nəsillərə nə miras qoymaq istəyir? - Baku TV CANLI
