Hərbçilərimiz Laçında qəzaya düşdü | Ölənlər var
Yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Həsən İsmayılov və Səxavət Axundov həlak olublar.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət etsin!”, – deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Hərbi Prokurorluq da hadisə barədə məlumat yayıb. Bildirilib ki, Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Faktla bağla cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.
#Müdafiə Nazirliyi teqi istifadə olunub
- Azərbaycan və Böyük Britaniyanın müdafiə nazirləri görüşüb - Baku TV
- Komando və PUA heyətimizin döyüş hazırlığı yüksək qiymətləndirilib
- Zakir Həsənov ABŞ komandanı ilə görüşdü | Yeni hərbi perspektivlər müzakirə olundu
- Yaşar Gülər Kərim Vəliyevlə "Atəş sərbəst-2025" təlimini izlədi
- Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri bir araya gəldilər
