Pleyeri seçin:

Həyat yoldaşını uşaqlarının gözü önündə öldürən ataya hansı cəza verildi? - Baku TV

01 may 2026 67 baxış

Bakıda həyat yoldaşını uşaqlarının gözü qarşısında boğaraq öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edərək təqsirləndirilənin 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib. Zərərçəkənin atası isə məhkəmədən Ziyəddin Quliyevə ən ağır cəza verilməsini istəyib.

Müşavirədən sonra hökm elan edilərək Ziyəddin Quliyev 17 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2025-ci ilin aprelin 20-də paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində baş verib.

Ziyəddin Quliyev 9 il rəsmi nikahda olduğu arvadı Aysel Qurbanovanı 9 və 5 yaşlı övladları ilə kobud rəftar etməsindən, onları dəfələrlə döyməsindən hiddətlənərək yatmış vəziyyətdə olduğu zaman boğaraq öldürmək qərarına gəlib.

O, 20 aprel 2025-ci il tarixdə səhər saatlarında arvadının yuxuda olmasından istifadə edərək naqili onun boğazına keçirərək boğmağa başlayıb. Bu zaman yaranan səs-küyə oyanan uşaqlar atasından nə etdiyini soruşanda o isə cavabında analarının xəstə olduğunu və ona yardım etdiyini deyərək əməlinə davam edib.

Bununla da Ziyəddin Quliyevə qarşı Cinayət Məcəlləsinin 120.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Tərtərdə 48 yaşlı kişi arı sancması nəticəsində dünyasını dəyişdi - Baku TV

Tərtərdə 48 yaşlı kişi arı sancması nəticəsində dünyasını dəyişdi - Baku TV

Hadisə
03 may 2026 67 baxış
Naxçıvanda bədbəxt hadisə | 69 yaşlı qadın çayda boğuldu - Baku TV

Naxçıvanda bədbəxt hadisə | 69 yaşlı qadın çayda boğuldu - Baku TV

Hadisə
02 may 2026 67 baxış
Şəkidə canavarlar kəndə hücum etdi | Təsərrüfat sahiblərinə ciddi ziyan dəyib - Baku TV

Şəkidə canavarlar kəndə hücum etdi | Təsərrüfat sahiblərinə ciddi ziyan dəyib - Baku TV

Hadisə
02 may 2026 67 baxış
Bakıda məktəbdə qeydə alınan hadisə ilə bağlı detallar - 24 SAAT

Bakıda məktəbdə qeydə alınan hadisə ilə bağlı detallar - 24 SAAT

Hadisə
02 may 2026 67 baxış
Saxta bank səhifələri ilə yüzlərlə insanı aldatdılar - Baku TV

Saxta bank səhifələri ilə yüzlərlə insanı aldatdılar - Baku TV

Hadisə
02 may 2026 67 baxış
Sabirabad rayonunda Kür çayı bəndi yardı - Baku TV

Sabirabad rayonunda Kür çayı bəndi yardı - Baku TV

Hadisə
02 may 2026 67 baxış
Bakıda kütləvi zəhərlənmə | Orta məktəbdə nə baş verir? - Baku TV

Bakıda kütləvi zəhərlənmə | Orta məktəbdə nə baş verir? - Baku TV

Hadisə
01 may 2026 67 baxış
Saxta bank səhifələri ilə yüzlərlə insanı aldatdılar - ANA XƏBƏR

Saxta bank səhifələri ilə yüzlərlə insanı aldatdılar - ANA XƏBƏR

Hadisə
01 may 2026 67 baxış
Gəncə məktəbində qanla bitən qorxunc hadisə: 9-cu sinif şagirdi... - Baku TV

Gəncə məktəbində qanla bitən qorxunc hadisə: 9-cu sinif şagirdi... - Baku TV

Hadisə
30 aprel 2026 67 baxış
Dostundan maşın oğurlayıb başına oyun açdı? - "Üstünə rus nömrəsi vurub ki..." - Baku TV

Dostundan maşın oğurlayıb başına oyun açdı? - "Üstünə rus nömrəsi vurub ki..." - Baku TV

Hadisə
30 aprel 2026 67 baxış
Seçilmişlər
icon