Pleyeri seçin:
İranla sərhəddə narkotik şəbəkəsi ifşa olundu | Polisdən əməliyyat
Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitələrin ayrı-ayrı ünvanlara çatdırılaraq satışını təşkil edən 32 yaşlı Nurlan Alızadə, 30 yaşlı Binnət Eyvazlı və 31 yaşlı Nurlan Bəşirov saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, onlardan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri ümumilikdə 10 kiloqram marixuana və tiryək aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Kopyalandı
#Lerik teqi istifadə olunub
- "Avadanlıqlarımız onlara görə xarab oldu" | Kənd sakinlərinin günü niyə qara olub? - Baku TV
- Güclü qar Leriki bu hala saldı | Ağır fəsadlar ortaya çıxdı - Baku TV
- “Çörəyi çətinliklə tapırıq” | Ailənin ünvanlı sosial yardımı niyə dayandırılıb? - Baku TV
- Bakıdan qayıdan rayon sakinləri mikroavtobusla ağır qəzaya düşdülər - Baku TV
- Ər və 12 yaş böyük arvadının qeyri-adi tanışlıq hekayəsi l "Çingiz xanın nəvəsinin məzarı buradadır"
