İranlı narkotacir "Mobil"in dəstəsinin 5 üzvü saxlanılıb
Nəsimi Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib.
Tədbir zamanı narkotiklərin satışını həyata keçirən daha 5 nəfər – Hüseyn Osmanov, Eldəniz Quliyev, Elyanar İbrahimov, Xəyalə Abbasova və Elmir Məmmədov saxlanılıblar. Həmin şəxslərdən 3 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.
Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları "Mobil" adlı İran vətəndaşından onlayn yolla satmaq məqsədilə əldə etdiklərini və həmin şəxs tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.
Əməliyat nəticəsində tutulan şəxslərin həmçinin "Mobil" adlı İran vətəndaşının göstərişi ilə sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği ilə məşğul olduqları da müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
#İran teqi istifadə olunub
- İran Azərbaycandan su alacaq? | GLOBAL PANORAMA
- Saf termonüvə texnologiyası ilə yeni silah üzərində iş aparıldığı iddia olunur
- Həsən Ruhani İranın hərbi gücünü şişirtməyi “xəyanət” adlandırıb
- Zəngəzur dəhlizi təzyiq, güc və tranzit imperiyalarını dağıdacaq? - AKTUAL GÜNDƏM
- İran Xəzər Konvensiyasını 2026-cı ilə qədər ratifikasiya edə bilər
