Pleyeri seçin:

İş yoldaşını öldürməkdə ittiham olunan şəxs hakim qarşısında - Baku TV

26 may 2026 23 baxış

“Ağ şəhər” bulvarında yerləşən “Boulevard Hotel”də ofisiant olan iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Seymur Manafovun məhkəməsi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə ittiham aktını elan edib.

İttihamda bildirilir ki, Seymur Manafov hoteldə işdə olarkən aralarında yaranan mübahisə zəminində onunla eyni yerdə çalışan Şəmistan Əliyevə bir neçə bıçaq zərbəsi endirərək onu qətlə yetirib.

Seymur Manafov ona elan edilmiş ittihamla özünü təqsirli bilib. Məhkəmənin növbəti iclası iyunun 5-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2026-cı il yanvarın 25-i saat 19:00 radələrində “Ağ şəhər” bulvarında yerləşən “Boulevard Hotel”də qeydə alınıb. Hoteldə ofisiant işləyən 1996-cı il təvəllüdlü paytaxt sakini Şəmistan Şamil oğlu Əliyevin camaşırxanada bıçaqlanaraq öldürülməsi ilə bağlı polisə məlumat daxil olub. Araşdırmalarla hadisənin hotelin digər ofisiantı, 1992-ci il təvəllüdlü Abşeron rayon sakini, Seymur Zafalı oğlu Manafov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Seymur Manafov polis əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Evə dolan dəm qazı nənə və nəvəsini zəhərlədi - 24 SAAT

Evə dolan dəm qazı nənə və nəvəsini zəhərlədi - 24 SAAT

Hadisə
26 may 2026 23 baxış
Zərdabda ailə faciəsi baş verdi | Dəm qazı can aldı - Baku TV

Zərdabda ailə faciəsi baş verdi | Dəm qazı can aldı - Baku TV

Hadisə
26 may 2026 23 baxış
İrandakı faciəvi hadisədə həlak olan Azərbaycan konsulu dəfn edildi - Baku TV

İrandakı faciəvi hadisədə həlak olan Azərbaycan konsulu dəfn edildi - Baku TV

Hadisə
25 may 2026 23 baxış
Kür daşdı, örüş sahələri su altında qaldı

Kür daşdı, örüş sahələri su altında qaldı

Hadisə
25 may 2026 23 baxış
"Camaat ac-susuz qalacaq!" | Sel suları sakinlərin gününü görün necə qaraldıb - Baku TV

"Camaat ac-susuz qalacaq!" | Sel suları sakinlərin gününü görün necə qaraldıb - Baku TV

Hadisə
25 may 2026 23 baxış
Yasamaldakı faciənin detalları | Klinikanın direktoru barədə məhkəmə qərarı - Baku TV

Yasamaldakı faciənin detalları | Klinikanın direktoru barədə məhkəmə qərarı - Baku TV

Hadisə
25 may 2026 23 baxış
Şəkinin Baş Zəyzid kəndində güclü sel yaşandı

Şəkinin Baş Zəyzid kəndində güclü sel yaşandı

Hadisə
25 may 2026 23 baxış
Kürdəmirdə 21 yaşlı xanım əri tərəfindən qətlə yetirildi - Baku TV

Kürdəmirdə 21 yaşlı xanım əri tərəfindən qətlə yetirildi - Baku TV

Hadisə
24 may 2026 23 baxış
Hasar uçaraq avtomobilləri yararsız vəziyyətə saldı | Dəyən ziyanı kim ödəyəcək? - Baku TV

Hasar uçaraq avtomobilləri yararsız vəziyyətə saldı | Dəyən ziyanı kim ödəyəcək? - Baku TV

Hadisə
24 may 2026 23 baxış
İsmayıllıda sakinlərə ciddi ziyan dəydi | "Burada yaşamaq çox çətindir" - Baku TV

İsmayıllıda sakinlərə ciddi ziyan dəydi | "Burada yaşamaq çox çətindir" - Baku TV

Hadisə
24 may 2026 23 baxış
Seçilmişlər
icon