Hadisə
Pleyeri seçin:

Kafedə işləyən arvadını sıxışdırıb hücum etdi, sonra ağladı - SONUNCU ŞAHİD

13 oktyabr 2023 71 baxış

Həyat yoldaşı kafedə ofisiant işləyən arvadının boğazını kəsib.

Belə ki, Jalə (Adlar şərtidir) həyat yoldaşı Urfanla birlikdə kirayədə yaşayırdı. Maddi sıxıntılar onların ailə həyatında soyuqluğa səbəb olurdu. Onlar işlədikləri şirkət bağlandıqdan sonra iş axtarsalar da, tapa bilmirdilər. İşsizlikdən evin kişisi olaraq ən əsas əzabı Urfan çəkirdi. Jalənin bezdiyini hiss edir, sevgisini qorumaq üçün çalışırdı.

Bu vəziyyətdən bezən Jalə şəhərin küçələrində iş axtarmağa başlayır. Lakin uyğun bir iş tapa bilmir. Daha sonra evə doğru qayıdarkən çay evlərinin birinin ofisiant xanım axtardığını görür və oranın sahibi Abbasla iş barədə danışır.

Həmin gün artıq çay evində iş tapan Jalə bu barədə Urfana dedikdən sonra o, bir qədər narazılıq etsə də, başqa çıxış yolu olmadığını anlayır.

Artıq bir neçə gündür çay evində ofisiant olaraq çalışan Jalənin müştərilərə etdiyi xidməti, özünə və geyiminə fikir verməsi Abbasın diqqətindən qaçmır. Abbas işlətdiyi çay evində Jalə ilə daha yaxından tanış olmaq istəyir. Abbas bəzən çay evinə gələn dostları ilə oturarkən Jaləni də masaya dəvət edir, onu dostları ilə tanış edir, söhbətə cəlb edib ona tamaşa edir.

Bütün bunlar baş verərkən Urfan gününü evdə keçirirdi. O, Jalənin gəldiyini görür, ayağa qalxıb qarşısını kəsir və “belə olmaz, sən evdə tapılmırsan, mən özüm iş tapacağam” deyir.

Növbəti gün qəfil çay evinə gəlir, Jalənin qolundan tutaraq aparmaq istəyir. Bunu görən Abbas onlara yaxınlaşır. Jalə Urfanı oradan uzaqlaşdırdıqdan sonra Abbasla öz həyatı barədə söhbət edir. Abbas ona narahat olmamasını deyir, hətta ayrılmaq istəsə, müvəqqəti başqa yerdə yaşamaq istəsə, ona kömək edəcəyinə söz verir. Jalə Urfanın yanına qayıtmağa qorxsa da, hələ ayrılmaq istəmədiyini bildirir.

Urfan həmin gün Jalənin onu görmək istəmədiyini və istədiyini etməkdə sərbəst olduğunu deməsini ağlından çıxara bilmir. Məişət malları satılan mağazaya gedir, oradan mətbəx bıçağı alıb birbaşa çay evinə yollanır.

Əvvəl Jaləni izləyən Urfan daha sonra arxa qapıdan çay evinə daxil olub Jaləni gözləyir. Daha sonra Urfan Jalənin ağzını tutub içəri aparır, diz çöküb yalvarır ki, onunla evə getsin. Jalənin ona dediyi sözlərdən sonra isə belindəki bıçağı çıxarır və ona ard-arda zərbələr endirir. Zərbələrdən biri Jalənin boğazına tuş gəlir.

Urfan daha sonra Jalənin yanında oturaraq ağlayır və onu xəstəxanaya çatdıracağını deyir. Lakin Abbas təcili tibbi yardım çağıraraq Jaləni xəstəxanaya aparır. Urfan isə könüllü olaraq hüquq-mühafizə orqanı əməkdaşlarına təslim olur.

Bir də eşitdim ki... | Sumqayıtdakı zəncirvari qəzada maşınlar tanınmaz hala düşdü

Bir də eşitdim ki... | Sumqayıtdakı zəncirvari qəzada maşınlar tanınmaz hala düşdü

Hadisə
29 aprel 2025 71 baxış
Su sayğaclarını oğurlayan şəxslərin üzərindən görün nələr çıxdı | Polis hərəkətə keçdi

Su sayğaclarını oğurlayan şəxslərin üzərindən görün nələr çıxdı | Polis hərəkətə keçdi

Hadisə
29 aprel 2025 71 baxış
Qazaxda mina partladı | ANAMA əməkdaşının son vəziyyəti

Qazaxda mina partladı | ANAMA əməkdaşının son vəziyyəti

Hadisə
28 aprel 2025 71 baxış
Bakının Xətai rayonunda dəhşətli qəza | Hadisə yerindən görüntülər

Bakının Xətai rayonunda dəhşətli qəza | Hadisə yerindən görüntülər

Hadisə
28 aprel 2025 71 baxış
FHN “Kəndli yarmarkası”nda təcili yoxlama keçirdi | Özbaşınalığın qarşısı alındı

FHN “Kəndli yarmarkası”nda təcili yoxlama keçirdi | Özbaşınalığın qarşısı alındı

Hadisə
28 aprel 2025 71 baxış
Aeroport yolundakı qəzanın anbaan görüntüləri | Böyük tıxac yarandı

Aeroport yolundakı qəzanın anbaan görüntüləri | Böyük tıxac yarandı

Hadisə
28 aprel 2025 71 baxış
Oturmuşduq, birdən elə səs gəldi ki... | Güclü külək ağacı maşının üzərinə aşırdı, şahid danışdı

Oturmuşduq, birdən elə səs gəldi ki... | Güclü külək ağacı maşının üzərinə aşırdı, şahid danışdı

Hadisə
28 aprel 2025 71 baxış
Binədə sürücünü canından edən qəzanın səbəbi | Zalda tələbələr də olub?

Binədə sürücünü canından edən qəzanın səbəbi | Zalda tələbələr də olub?

Hadisə
28 aprel 2025 71 baxış
Qazaxda partlayış | Minaya düşən ANAMA əməkdaşı barədə təcili məlumat

Qazaxda partlayış | Minaya düşən ANAMA əməkdaşı barədə təcili məlumat

Hadisə
28 aprel 2025 71 baxış
Xəzər dənizində 3.6 maqnitudalı zəlzələ | Seysmoloji Xidmət Mərkəzindən açıqlama

Xəzər dənizində 3.6 maqnitudalı zəlzələ | Seysmoloji Xidmət Mərkəzindən açıqlama

Hadisə
27 aprel 2025 71 baxış
Seçilmişlər
icon