Pleyeri seçin:

Kiberşəbəkə ifşa olundu | Bu üsulla pulunuzu oğurlaya bilərlər!

29 avqust 2024 227 baxış

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən sosial şəbəkələrdə qanunsuz şəkildə fəaliyyət göstərərək fişinq yolu ilə vətəndaşların kart məlumatlarını əldə edərək xüsusilə külli miqdarda pul vəsaitləri oğurlayan daha bir dəstə üzvləri – Ərtoğrul Akdemir, Şamxal Abbasov, Qnyaz Həsənov və Sabir Hümmətzadə saxlanılıblar.

Müəyyən olunub ki, dəstə üzvləri cinayət əlaqəsinə girərək banklar və alış-veriş platformalarına oxşar saxta saytlar hazırlayaraq guya banklar tərəfindən pul uduşlu lotereyalar keçirildiyi, bahalı telefon modellərinin dəyərindən aşağı qiymətə satışa çıxarıldığı barədə həqiqətə uyğun olmayan elanlar yerləşdiriblər.

Dəstə üzvləri bu elanların geniş yayımı və daha çox vətəndaşın cəlb olunması üçün sosial şəbəkələrdə həmin linklərin ödənişli reklamlarını da təşkil ediblər. Vətəndaşlar saxta linklərə daxil olaraq özlərinə məxsus bank kartlarının məxfi və OTP təhlükəsizlik kodlarını təqdim edəndən sonra qrup üzvləri həmin şəxslərin hesablarındakı pulları oğurlayıblar.

Saxlanılan şəxslər şəxsiyyətlərinin müəyyən edilməməsi məqsədilə oğurlanmış vəsaitləri müxtəlif şəxslərdən ödəniş müqabilində ələ keçirdikləri kartlara köçürərək sonradan kriptovalyuta hesablarına göndəriblər.

Baş İdarədə aparılan araşdırmalar, eləcə də dəstə üzvlərinin gizli şəkildə fəaliyyət göstərdikləri internet resurslarına baxış zamanı aşkar olunan maddi və elektron sübutlarla onların 400-ə yaxın vətəndaşın kartından pul vəsaitləri oğurlayaraq həmin şəxslərə ümumilikdə 500 000 manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.

Sonuncu əməliyyat zamanı saxlanılan Ərtoğrul Akdemir və Şamxal Abbasovun başçılıq etdiyi kiberdəstənin törətdiyi qanunsuz əməllərlə bağlı məhkəmənin qərarı ilə adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-texniki tədbirlər davam etdirilir.

Villada qorxu dolu anlar | Sakinlər hadisə barədə nələri danışdı? - Baku TV

Villada qorxu dolu anlar | Sakinlər hadisə barədə nələri danışdı? - Baku TV

Hadisə
16 fevral 2026 227 baxış
Sumqayıtda 33 yaşlı kişi faciəvi şəkildə həyatını itirdi - Baku TV

Sumqayıtda 33 yaşlı kişi faciəvi şəkildə həyatını itirdi - Baku TV

Hadisə
15 fevral 2026 227 baxış
Dostunun 1400 manat pulunu oğurlayan şəxs saxlanıldı - Baku TV

Dostunun 1400 manat pulunu oğurlayan şəxs saxlanıldı - Baku TV

Hadisə
15 fevral 2026 227 baxış
"Heç bir düşməni yox idi" | Qızının evinə qonaq gedən kişi kanalda batıb? - Baku TV

"Heç bir düşməni yox idi" | Qızının evinə qonaq gedən kişi kanalda batıb? - Baku TV

Hadisə
15 fevral 2026 227 baxış
Naxçıvanda dəm qazı can aldı | 2 ailənin üzvləri zəhərləndi - Baku TV

Naxçıvanda dəm qazı can aldı | 2 ailənin üzvləri zəhərləndi - Baku TV

Hadisə
15 fevral 2026 227 baxış
Bir ailənin 6 üzvü dəhşət yaşadı | Hadisənin detalları - Baku TV CANLI

Bir ailənin 6 üzvü dəhşət yaşadı | Hadisənin detalları - Baku TV CANLI

Hadisə
14 fevral 2026 227 baxış
3 avtomobil toqquşdu, bir nəfər öldü | Ağcabədi

3 avtomobil toqquşdu, bir nəfər öldü | Ağcabədi

Hadisə
14 fevral 2026 227 baxış
Dəhşətli qətlin təfərrüatı | Dayısını qətlə yetirməkdə təqsirləndirilən hakim qarşısında - Baku TV

Dəhşətli qətlin təfərrüatı | Dayısını qətlə yetirməkdə təqsirləndirilən hakim qarşısında - Baku TV

Hadisə
14 fevral 2026 227 baxış
Məhkəmə dələduzluq edən iş adamı ilə bağlı qərar verdi - Baku TV

Məhkəmə dələduzluq edən iş adamı ilə bağlı qərar verdi - Baku TV

Hadisə
14 fevral 2026 227 baxış
11 yaşlı oğlanın faciəvi sonu | Salyanda 1 ailənin 4 üzvü dəhşət yaşadı  - Baku TV

11 yaşlı oğlanın faciəvi sonu | Salyanda 1 ailənin 4 üzvü dəhşət yaşadı - Baku TV

Hadisə
13 fevral 2026 227 baxış
Seçilmişlər
icon