Sosial şəbəkələrdə saxta kredit kampaniyası quran şəxs saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən sosial şəbəkələrdə kibertəhlükəsizliyin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, kiberpolisin həyata keçirdiyi növbəti əməliyyat-texniki tədbir nəticəsində özünü kredit mütəxəssisi kimi təqdim edərək müxtəlif səhifələrdə “sərfəli şərt, az komissiya, zamin tələb olunmadan kreditlərin verilməsi” adı altında insanların pulunu ələ keçirən əvvəllər də eyni əmələ görə məhkum olunmuş 32 yaşlı Kənan Əmirahlı saxlanılıb.
Araşdırmalarla məlum olub ki, K.Əmirahlı sosial şəbəkələrdə kampaniya keçirildiyini və güzəştli şərtlərlə kreditlərin verilməsi ilə bağlı elanlar yerləşdirib. Daha sonra ona müraciət edən şəxslərin kart məlumatlarını və onların mobil telefonlarına göndərilmiş “OTP” təhlükəsizlik kodlarını ələ keçirib.
Saxlanılan şəxs informasiyaları əldə etdikdən sonra mobil tətbiqlərə daxil olaraq zərərçəkənlərin balansındakı vəsaitləri başqa şəxslərin adına açdığı kartlara köçürərək ələ keçirib.
Faktlarla bağlı cinayət işi başlanılıb. K.Əmirahlı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
#Kibercinayətkarlıq teqi istifadə olunub
- Saxta zənglərlə necə milyonlar ələ keçirilirmiş? | Ukrayna DİN və KMBİ-dən birgə əməliyyat - Baku TV
- Yeni texnologiyaların cinayətkarlıqda istifadəsi təhlükəli həddə çatır
- Telefon və internet sizi necə cinayətkarların hədəfinə çevirə bilər? - Baku TV
- Maliyyə təşkilatları adından saxta kredit səhifələri yaradan şəxs saxlanılıb - Baku TV
- Bir milyon manata yaxın məbləği leqallaşdıran Rusiya vətəndaşı həbs olundu - Baku TV
