Kriptovalyuta üzərinə həbs qoyuldu | Məhkəmə qərarının detalları üzə çıxdı!
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Təhlükəsizliyi Xidmətində başlanmış cinayət işi üzrə mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayətin predmeti olan kriptovalyuta üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.
Bu barədə həmin cinayət işi üzrə Səbail rayon məhkəməsi tərəfindən qərar qəbul edilib.
İstintaq materiallarında göstərilir ki, Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət-hüquqi tədbir olub, cinayət törədilərkən istifadə olunan alət və vasitələrin, həmçinin cinayət yolu ilə əldə edilmiş əmlakın dövlət nəfinə məcburi və əvəzsiz alınmasını nəzərdə tutur.
“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 1.1-ci maddəsinə görə, cinayət yolu ilə əldə edilmiş əmlak dedikdə, Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayətlərin nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş istənilən pul vəsaiti, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak nemətləri, o cümlədən virtual aktivlər başa düşülür.
Həmin maddəyə əsasən, virtual aktiv ödəniş və ya investisiya məqsədilə mübadilə vasitəsi kimi istifadə olunan, virtual aktivlər dövriyyəsi sistemində mövcud olan dəyərin rəqəmsal ifadəsidir.
Bunlara uyğun olaraq, DTX tərəfindən həbs edilən şəxslər və digər təqsirləndirilənlər barəsində başlanmış cinayət işi üzrə xüsusi müsadirənin təmin edilməsi məqsədilə onlara məxsus, cinayətin predmeti qismində müəyyən edilmiş kriptovalyutaya həbs qoyulub və qərarın icrası üçün beynəlxalq virtual aktiv xidmət təminatçılarına müvafiq sorğular göndərilib.
#Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) teqi istifadə olunub
- DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxalayıb - Baku TV
- Təqsirləndirilən şəxslərin xarici rəsmilərin güdülməsinə cəlb olunduğu bildirilib - Baku TV
- İtkinlərin taleyinin aydınlaşdırılması üçün İrəvandan konkret addım gözlənilir - Baku TV
- DTX saxta mesaj və hesablarla bağlı xəbərdarlıq edir - Baku TV
- "Müdafiə sektorunda kibertəhlükəsizlik" adlı sektorial görüş keçirildi - Baku TV
