Məhkəmə təhsil eksperti Kamran Əsədov barədə qərar qəbul etdi - Baku TV
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən Kamran Əsədov, Gündüz Abbasov və Sənan Hüseynovun növbəti məhkəmə prosesi keçirilib.
Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlərin ifadələri dinlənilib. Dinlənilən ifadələr əsasında məhkəmənin qərarı ilə Kamran Əsədov barəsində seçilmiş polis nəzarəti qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, toplanmış sübutlara əsasən, Gündüz Abbasova Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin Məcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə həmin Məcəllənin 302.3-cü maddələri ilə ittiham elan edilib.
Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərin barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilmişdi.
#Kamran Əsədov teqi istifadə olunub
- Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib - Baku TV
- Məktəbin yanında uşaqlara "narkotik" satılıb? | Bu səkilərdən keçənlər əsl "survivor" yaşayır
- Tanınmış ekspert Kamran Əsədov nədə ittiham olunur? - Baku TV
- Tanınmış təhsil eksperti hakim qarşısında | Kamran Əsədov nədə ittiham olunur? - Baku TV
- Məktəbəqədər təhsil müəssisələrinin sayı artırılacaq?
