Minik avtomobili ilə yük maşını toqquşub
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeronda bir ailənin olduğu minik avtomobili yük maşını ilə toqquşub. Ağır yol-nəqliyyat hadisəsi Saray-Novxanı yolu istiqamətində baş verib.
Belə ki, bir ailənin olduğu “Mercedes” markalı minik avtomobilinin sürücüsü 33 yaşlı İsmayıl Hüseynov idarəetməni itirirək qarşı tərəfdən gələn yük maşını ilə toqquşub. Hadisə zamanı minik avtomobilində olan 6 yaşlı Zəminə Hüseynli, 40 yaşlı Məryəm Allahverdiyeva və Afət adlı qadın aldığı xəsarətlərdən elə yerindəcə vəfat ediblər.
Avtomobildə olan digər 4 nəfər – 5 yaşlı Mehdi Hüseynli, 30 yaşlı Nurəngiz Hüseynova, 60 yaşlı Nahidə Namazova və 33 yaşlı İsmayıl Hüseynov ağır bədən xəsarətləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Vəziyyətləri ağır olduğundan onlar daha sonra Sumqayıt Şəhər Hospitalına göndərilərək reanimasiya şöbəsinə yerləşdiriliblər.
Məlumata görə, dünyasını dəyişən M.Allahverdiyeva Rusiyada təhsil alırmış. O, Azərbaycana sənəd düzəltmək üçün gəlibmiş. Faktla bağlı araşdırma aparılır
#Abşeron teqi istifadə olunub
- "Partlayış həmin an oldu" | Abşeronda dəhşət | “Atam ağır dərəcədə yanıb, anam da...” - Baku TV
- Abşeronda evdə partlayış: yaralıların vəziyyəti haqqında TƏBİB-dən açıqlama - Baku TV CANLI
- Hökməli sakinləri içməli suya görə niyə pul ödəməli olur? - 24 SAAT
- Su çəkiləcəyini vəd edərək pul yığdı | Hökməli sakinləri dələduzluğun qurbanı oldular - Baku TV
- Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı - Baku TV
