Pleyeri seçin:
Naxçıvanda 5 hektar sahədə yanğın çıxdı | Qorxulu anlar yaşandı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri, Qaraçuq kəndi yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Qurumdan bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 5 hektar sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqda yerləşən yüksəkgərginlikli elektrik xətləri və ətraf ərazilər yanğından mühafizə olunub.
Kopyalandı
#Naxçıvan teqi istifadə olunub
- Aİ Şurasının prezidentindən Azərbaycana dəstək - Baku TV
- Naxçıvanın vurulması dünya mediasında | Müharibə daha çox ölkəyə yayılır? - BİZDƏN NƏ DANIŞIRLAR?
- Pezeşkian Əliyevə zəng etdi: Naxçıvana hücuma görə məsuliyyət kimin üzərinə düşür? - AKTUAL GÜNDƏM
- İran hakimiyyətində dərin parçalanma | Pezeşkian üzr istəyir, SEPAH isə... - Baku TV
- Naxçıvanda sürücülər sərhəddə qalan həmkarlarına görə etiraz ediblər - Baku TV
