Pleyeri seçin:

Nazirliyin vəzifəli şəxsləri rüşvət aldılar, həbs edildilər

18 noyabr 2023 271 baxış

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji sahədə korrupsiya hüquqpozmalarına yol verən vəzifəli şəxsləri ifşa edilib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşə Fondundan istifadə şöbəsinin müdiri Sadiq Salmanov və həmin qurumun Meşələrin İnkişafı Xidmətinin Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Rəşad Mahmudovun qanunsuz əməlləri barədə daxil olan məlumat əsasında həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Müəyyən edilib ki, Sadiq Salmanov qiymətli növdən olan meşə materialının qanunsuz hərrac yolu ilə vətəndaşa ayrılmasını təşkil edəcəyini vəd edərək öz xidməti otağında tələb etdiyi pul məbləğinin 3 min manatını rüşvət qismində alıb.

Bundan başqa, onun Rəşad Mahmudovla əlbir olaraq növbəti dəfə eyni məqsədlə ona müraciət edən vətəndaşa qiymətli ağac materiallarının verilməsi müqabilində hissə-hissə olmaqla ümumilikdə 3 min manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Hər iki vəzifəli şəxs tələb etdikləri pulu vətəndaşdan alarkən cinayət başında saxlanılıb, onların xidməti otaq və avtomobillərində aparılan axtarışlarla iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.

Toplanan ilkin sübutlar əsasında Sadiq Salmanova və Rəşad Mahmudova ittiham elan edilib. Onların hər ikisi barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırma və həbs qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Abşeronda mağazadan oğurluq edən şəxslər saxlanıldı - Baku TV CANLI

Abşeronda mağazadan oğurluq edən şəxslər saxlanıldı - Baku TV CANLI

Hadisə
07 dekabr 2025 271 baxış
Kanala aşan avtomobildə 5 nəfər həyatını itirdi - Baku TV

Kanala aşan avtomobildə 5 nəfər həyatını itirdi - Baku TV

Hadisə
07 dekabr 2025 271 baxış
"Mercedes" markalı avtomobil aşdı: Ölən və yaralılar var - Baku TV

"Mercedes" markalı avtomobil aşdı: Ölən və yaralılar var - Baku TV

Hadisə
07 dekabr 2025 271 baxış
Qusarda qadına qarşı insident | Məhkəmə təqsirləndirilənə nə cəza verdi? - Baku TV

Qusarda qadına qarşı insident | Məhkəmə təqsirləndirilənə nə cəza verdi? - Baku TV

Hadisə
07 dekabr 2025 271 baxış
Tulin Ələkbərova və tələbəsi barədə həbs qərarı verildi - Baku TV

Tulin Ələkbərova və tələbəsi barədə həbs qərarı verildi - Baku TV

Hadisə
07 dekabr 2025 271 baxış
Sumqayıtda qəza baş verdi | İdarəetməni itirən sürücü yuyucu məntəqəsinə girdi - Baku TV

Sumqayıtda qəza baş verdi | İdarəetməni itirən sürücü yuyucu məntəqəsinə girdi - Baku TV

Hadisə
07 dekabr 2025 271 baxış
Bakıda piyada keçidində dəhşətli yol qəzası | Ər-arvadı maşın vurdu, biri öldü, digəri... - Baku TV

Bakıda piyada keçidində dəhşətli yol qəzası | Ər-arvadı maşın vurdu, biri öldü, digəri... - Baku TV

Hadisə
07 dekabr 2025 271 baxış
Azərbaycana gətirilən kartof yükündə gizlədilənlər belə ifşa edildi - Baku TV

Azərbaycana gətirilən kartof yükündə gizlədilənlər belə ifşa edildi - Baku TV

Hadisə
06 dekabr 2025 271 baxış
Bu sexdə çoxsaylı nöqsanlar aşkarlandı

Bu sexdə çoxsaylı nöqsanlar aşkarlandı

Hadisə
06 dekabr 2025 271 baxış
Bərdədə maşın dərəyə aşdı | Xəsarətalan var - Baku TV

Bərdədə maşın dərəyə aşdı | Xəsarətalan var - Baku TV

Hadisə
06 dekabr 2025 271 baxış
Seçilmişlər
icon