Pleyeri seçin:
Nəsimidə narkotik əməliyyatı | İranlıya işləyən şəxs belə ələ keçdi
Bakının Nəsimi rayonunda keçirilən əməliyyat zamanı narkokuriyerlik etməkdə şübhəli bilinən şəxsdən 13 kiloqram marixuana və həşiş aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş 48 yaşlı Ceyhun Kuhi saxlanılıb. Ondan 13 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və həşiş aşkarlanaraq götürülüb.
C.Kuhi ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotikləri maddi gəlir qarşılığında gizli yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.
Faktla bağlı araşdırmalar aparılır.
Kopyalandı
#Nəsimi rayonu teqi istifadə olunub
- "Yer-göy qan idi" | Binada faciəvi partlayış | "Vurub camaatı küçəyə atmışdı" - Baku TV
- Bakıda binada baş verən faciəvi partlayışın səbəbi | Ölənlər var - Baku TV
- Paytaxtın mərkəzində yol çökdü, təhlükəli vəziyyət yarandı - Baku TV
- Otaq yoldaşını yatdığı yerdə öldürdü | Bakıdakı dəhşətli qətlin təfərrüatı - Baku TV
- Dostunun 1400 manat pulunu oğurlayan şəxs saxlanıldı - Baku TV
