Pakistanlılar sərhədi qanunsuz keçdi, sonra isə... | DSX-dən vacib məlumat
Mayın 25-də saat 22:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı sərhəd pozulmasına dair əlamətlər aşkar edib.
Sərhəd zastavası dərhal “Silaha” komandasına çağırılıb, xidməti ərazi qapadılıb və Rusiya Federasiyasının sərhəd nümayəndəliyi məlumatlandırılıb.
Dövlət sərhədini pozmağa cəhd edən şəxslər Samur çayının təhlükəli relyefi və güclü axınında köməksiz vəziyyətdə qaldıqları üçün sərhədçilər tərəfindən təxirəsalınmaz xilasetmə tədbirləri görülüb və onların həyatı təhlükədən qorunub.
Saxlanılan şəxslərin Pakistan İslam Respublikası vətəndaşları — 1975-ci il təvəllüdlü Begüm Raqia, 1991-ci il təvəllüdlü Ahmed Suleyman, 2000-ci il təvəllüdlü Sumera Süleyman Ahmed, 2021-ci il təvəllüdlü Suleman Muhammed Sultan və 2022-ci il təvəllüdlü Skender Muhammed Sultan olduğu müəyyən edilib.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər ölkə ərazisinə rəsmi qaydada daxil olublar, lakin dövlət sərhədini pozaraq qeyri-qanuni yolla Avropa ölkələrindən birinə miqrasiya etməyə cəhd ediblər.
#Dövlət Sərhəd Xidməti teqi istifadə olunub
- DSX əməliyyat keçirdi | Qaçaqmalçılığın qarşısı alındı - Baku TV CANLI
- Dövlət Sərhəd Xidməti İranla sərhəddə təcili əməliyyat keçirdi - Baku TV CANLI
- İlham Əliyev DSX-nin bir sıra hərbi qulluqçularını təltif etdi - Baku TV
- DSX məlumat yaydı: Hava sərhədini pozan PUA məhv edildi - ANA XƏBƏR
- DTX İrana işləyən terrorçuların "başını əzdi" - 24 SAAT
