Pleyeri seçin:

Polis Abşeronda cinayət və inzibati xarakterli 1710 fakt aşkarladı

05 avqust 2023 380 baxış

Abşeron Rayon Polis İdarəsi və ərazi üzrə polis bölmələri avqustun 4-də hüquqpozmalara qarşı növbəti dəfə gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər keçiriblər. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Tədbirlər çərçivəsində Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş Ramil Hüseynov Hökməli qəsəbəsi ərazisində saxlanılıb. Onun üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq və 6 ədəd patron aşkar edilib.

Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı da üzərində qanunsuz olaraq odlu silah gəzdirən əvvəllər məhkum olunmuş Fərman Muradov saxlanılıb. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilib.

Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı da üzərində qanunsuz olaraq odlu silah saxlayan Absət Abdullayev və Novxanı qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Balabəy Ağadadaşov da saxlanılıblar. Onlardan 1 ədəd “TT” markalı tapança, 8 ədəd patron və 1 kiloqramdan artıq heroin aşkar edilib.

Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılan əvvəllər dəfələrlə məhkum olunmuş Şahmar Sadiqovdan 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd daraq və 9 ədəd patron aşkar edilib.

Digər əməliyyat zamanı Abşeron rayonunda silsilə oğurluqlar və müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 9, “isti izlərlə” cinayətin açılması üzrə 30, narkotiklə əlaqəli cinayətlərə görə 9 nəfər saxlanılıb.

Ötən gün Abşeron rayonunda keçirilən əməliyyat-profilaktiki tədbirlər zamanı qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 82, xırda xuliqanlığa və xırda talamaya görə 30 fakt aşkarlanıb, mülki axtarışda olan 27 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bununla yanaşı, yol hərəkəti qaydalarını pozan 105 sürücü inzibati məsuliyyətə cəlb edilib. Avtomobilinə əlavə avadanlıqlar quraşdıran, sərxoş vəziyyətdə və narkotik vasitənin təsiri altında sükan arxasında əyləşən, konstruksiya dəyişikliyi edən 18 sürücü müəyyən edilib, dayanma-durma qaydalarının pozulmasına görə 196 fakt üzrə protokol tərtib olunub.

Ötən gün Abşeron rayonunda polisin keçirdiyi profilaktik tədbirlər zamanı cinayət və inzibati xarakterli ümumilikdə 1710 fakt aşkar olunub.

Almaniya vətəndaşı Bakıda öldü | Plastik əməliyyat faciəyə çevrildi - Baku TV CANLI

Almaniya vətəndaşı Bakıda öldü | Plastik əməliyyat faciəyə çevrildi - Baku TV CANLI

Hadisə
10 avqust 2026 380 baxış
Kiberpolis Bakıda “Xbet” və “MostBet”ə qarşı əməliyyat keçirdi - Baku TV

Kiberpolis Bakıda “Xbet” və “MostBet”ə qarşı əməliyyat keçirdi - Baku TV

Hadisə
10 avqust 2026 380 baxış
Kiberpolis dələduzlara qarşı hərəkətə keçdi: Şəbəkə çökdürüldü - ANA XƏBƏR

Kiberpolis dələduzlara qarşı hərəkətə keçdi: Şəbəkə çökdürüldü - ANA XƏBƏR

Hadisə
10 avqust 2026 380 baxış
"Kəpəz" Hospitalda dəhşət | Eyni cərrahın əməliyyat etdiyi daha 2 qadın da... - Baku TV

"Kəpəz" Hospitalda dəhşət | Eyni cərrahın əməliyyat etdiyi daha 2 qadın da... - Baku TV

Hadisə
10 avqust 2026 380 baxış
Ucarın Türkəci kəndindəki evdə yanğın olub

Ucarın Türkəci kəndindəki evdə yanğın olub

Hadisə
10 avqust 2026 380 baxış
Meyvə yığdığı yerdə dəhşət yaşadı | İlan sancan qadınla bağlı təcili məlumat - Baku TV CANLI

Meyvə yığdığı yerdə dəhşət yaşadı | İlan sancan qadınla bağlı təcili məlumat - Baku TV CANLI

Hadisə
10 avqust 2026 380 baxış
"Çalışırıq ki, Bakıya göndərək" | Ağyazıda qadını qəfildən ilan sancıb - Baku TV

"Çalışırıq ki, Bakıya göndərək" | Ağyazıda qadını qəfildən ilan sancıb - Baku TV

Hadisə
09 avqust 2026 380 baxış
Alov qısa müddətdə nəzarətə götürüldü və yanğın söndürüldü - Baku TV

Alov qısa müddətdə nəzarətə götürüldü və yanğın söndürüldü - Baku TV

Hadisə
09 avqust 2026 380 baxış
Qaxda bədbəxt hadisə | 47 yaşlı qadını ilan sancıb - Baku TV CANLI

Qaxda bədbəxt hadisə | 47 yaşlı qadını ilan sancıb - Baku TV CANLI

Hadisə
09 avqust 2026 380 baxış
Bakının Xətai rayonunda güclü yanğın baş verib - Baku TV

Bakının Xətai rayonunda güclü yanğın baş verib - Baku TV

Hadisə
09 avqust 2026 380 baxış
Seçilmişlər
icon