“Uşağı danlayır ki, nə gündə gəlmisən?!” | Saray sakinləri etiraz etdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonu Saray qəsəbəsinin Ziya Bünyadov küçəsində yaşayan sakinlər yolun uzun illərdir təmir edilməməsindən şikayətlənirlər.
Sakinlərin sözlərinə görə, yol 20 ildən artıqdır asfaltlanmır. Yolun bərbad vəziyyətdə olması yay aylarında ərazinin toz-torpağa, yağışlı havalarda isə palçığa qərq olmasına səbəb olur. Bu isə həm piyadaların, həm də avtomobillərin hərəkətini çətinləşdirir.
“20 ildən çoxdur burada yaşayıram. Yollarımız çox pis vəziyyətdədir. Hər dəfə özümüz təmir edirik. Aidiyyəti qurumlara dəfələrlə müraciət etmişik, amma nəticə olmayıb”, – deyə sakinlərdən biri bildirib.
Küçədəki vəziyyət taksi xidmətlərindən istifadə zamanı da əlavə çətinlik yaradır. Sakinlər bildirirlər ki, sürücülər yolun yararsız olması səbəbindən əraziyə daxil olmaqdan imtina edir və gedişhaqqını artırırlar.
“Taksi sifariş edirik, bura gəlmək istəmirlər. Beş manatlıq yolu 20-35 manata deyirlər. Bəzən yolun yarısına qədər gəlir, müştərini orada düşürür ki, yol çox bərbad vəziyyətdədir, mən içəri girə bilmərəm”, – deyə başqa sakin qeyd edib.
#Abşeron teqi istifadə olunub
- Hökməli sakinləri içməli suya görə niyə pul ödəməli olur? - 24 SAAT
- Su çəkiləcəyini vəd edərək pul yığdı | Hökməli sakinləri dələduzluğun qurbanı oldular - Baku TV
- Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı - Baku TV
- Uşaq əyləncə mərkəzində yanğın | FHN-dən hadisə ilə bağlı məlumat - Baku TV
- Söyüşlər havada "uçuşdu" | Qobuda torpaq alıb ev tikdi, yolunu bağladılar - Baku TV
