Pleyeri seçin:

Qala qəsəbəsindəki dəhşətli qətlin təfərrüatları

13 sentyabr 2023 415 baxış

Hüquq-mühafizə orqanlarına 2022-ci il fevralın 23-ü saat 11 radələrində Qala qəsəbəsində yaşayan Sevinc Cəfərova adlı qadının qətlə yetirilməsi barədə məlumat daxil olub. Hadisə Xaşaxuna bağlar massivində, nömrəsiz fərdi evdə baş verib.

İstintaqla müəyyən edilib ki, fevralın 23-ü səhər saat 9-da Samir Sadıqov yaxın münasibətində olduğu Sevinc Cəfərovanı mətbəxtdən götürdüyü bıçaqla xüsusi amansızlıqla qətlə yetirib.

İş üzrə dindirilmiş Samir Sadıqov bildirib ki, 2022-ci il fevralın 1-dən Qala qəsəbəsinin bağlar massivində Anar adlı şəxsə məxsus fermada aylıq 300 manat müqabilində işləməyə başlayıb. Həmin həyətdə olan daha bir tikilidə iki övladı ilə qalan Sevinc Cəfərova ilə yaxın münasibəti yaranıb.

Tanışlıqlarının 3-cü günündə Sevincin qaldığı otağda onunla münasibətdə olub. Bundan sonra Sevinc Samiri 2-3 gündən bir yanına çağırıb. Hətta evlənmək barədə düşünüblər. Bu müddətdə aralarında ümumiyətlə mübahisə olmayıb.

Fevralın 23-də səhər Sevinc heyvanları sağıb, evinə gəlib. Birlikdə yemək yeməyə hazırlaşıblar. Bu vaxt Samir Sevincdən qızmağa su qoyub, paltarlarını yumasını tələb edəndə qadın, acıqlı şəkildə “Mən sənin üçün paltar yuyan deyiləm, özün yuyarsan” deyib. Samir Sevincin nalayiq ifasədindən çox qəzəblənib və iradını bildirib, niyə atasını söydüyünü soruşub. Qadın “yaxşı elədiyini” deyəndən sonra mətbəxdən götürdüyü bıçaqla Sevinc Cəfərovaya 64 dəfə zərbə endirib. Bıçaq zərbələrindən sonra Sevinc hadisə yerində keçinib.

Tutulacağından qorxan Samir taksi ilə Bərdə rayonuna gedib. O, burada həbs olumaqdan bir qədər yayınmağa çalışsa da, sonda polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Məhkəmə iclasında Samir Sadıqov ittiham üzrə özünü təqsirli bilib. Onun törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə tövsif edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməklə Samir Sadıqov 18 il müddətinə azadlıqdan məhrum olunub.

Banner
Badamdarda sürüşmə təhlükəsi

Badamdarda sürüşmə təhlükəsi

Hadisə
15 noyabr 2026 415 baxış
3-cü massivdə baş verən torpaq sürüşməsi sakinləri narahat edir - Baku TV

3-cü massivdə baş verən torpaq sürüşməsi sakinləri narahat edir - Baku TV

Hadisə
15 noyabr 2026 415 baxış
Şamaxıda nəqliyyat hadisəsi | 9 ton meyvə ətrafa dağıldı, yol bağlandı  Baku TV

Şamaxıda nəqliyyat hadisəsi | 9 ton meyvə ətrafa dağıldı, yol bağlandı Baku TV

Hadisə
15 noyabr 2026 415 baxış
Bəxtiyar Dali azadlığa buraxılmadı | Məhkəmə ev dustaqlığı tələbini niyə rədd etdi? - Baku TV

Bəxtiyar Dali azadlığa buraxılmadı | Məhkəmə ev dustaqlığı tələbini niyə rədd etdi? - Baku TV

Hadisə
14 noyabr 2026 415 baxış
Yeraltı keçidin yaxınlığında yolu keçməyə çalışan piyada avtomobil vurub - Baku TV

Yeraltı keçidin yaxınlığında yolu keçməyə çalışan piyada avtomobil vurub - Baku TV

Hadisə
14 noyabr 2026 415 baxış
Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücüyə ağır cəza verilib - Baku TV

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücüyə ağır cəza verilib - Baku TV

Hadisə
14 noyabr 2026 415 baxış
Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşı ölkəmizə ekstradisiya olundu - Baku TV

Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşı ölkəmizə ekstradisiya olundu - Baku TV

Hadisə
14 noyabr 2026 415 baxış
Şəhərin mərkəzində yol çökdü: Qəzanın səbəbi açıqlandı - Baku TV

Şəhərin mərkəzində yol çökdü: Qəzanın səbəbi açıqlandı - Baku TV

Hadisə
14 noyabr 2026 415 baxış
Sağlamlıq mərkəzinin əməkdaşları hakim qarşısında - Baku TV

Sağlamlıq mərkəzinin əməkdaşları hakim qarşısında - Baku TV

Hadisə
13 noyabr 2026 415 baxış
Nərimanovda baş verən kütləvi davanın təfərrüatı məlum oldu - 24 SAAT

Nərimanovda baş verən kütləvi davanın təfərrüatı məlum oldu - 24 SAAT

Hadisə
13 noyabr 2026 415 baxış
Seçilmişlər
icon