Qatil qaçmaq istədi, amma... | Qandonduran qətlin təfərrüatı açıqlandı
Paytaxtın Yasamal rayonunda qətl hadisəsi baş verib.
Hadisə rayonun Şəfaət Mehdiyev küçəsində qeydə alınıb.
Məlumata görə, 1987-ci il təvəllüdlü Azər İbrahimovla həmin küçədə əvvəllər məhkum olunmuş 1981-ci il təvəllüdlü Təbriz Həsənov arasında mübahisə baş verib.
Mübahisə zamanı Təbriz Həsənov kəsici alətlə Azər İbrahimova çoxsaylı xəsarətlər yetirib. Sonuncu aldığı xəsarətlərlə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, Təbriz Həsənov cinayət əməlini törətdikdən sonra yolu keçmək istəyərkən onu avtomobil vurub. Həmin şəxs də müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Kliniki Tibbi Mərkəzdən bildirilib ki, yaralıya ilkin tibbi yardım olunub, vəziyyəti stabildir, müalicəsi davam etdirilir.