Qohumların mübahisəsi qanla bitdi | Xaçmazdakı qandonduran qətlin detalları
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmazda qaynını odlu silahla qəsdən öldürməyə cəhd edən Fazil Quliyev barəsində məhkəmə hökmü elan olunub.
İstintaq zamanı məlum olub ki, 2024-cü il aprelin 16-da sərxoş vəziyyətdə arvadını döyən Fazil Quliyevin evinə qaynı – 30 yaşlı Murad Allahverdiyev gəlib. Tərəflər arasında yaranan mübahisə sonradan faciəyə səbəb olub.
Belə ki, Fazil Quliyev bir neçə saat sonra Murad Allahverdiyevi öldürmək məqsədilə atasından qalma ov tüfəngini götürərək küçəyə çıxıb və avtomobilin sükanı arxasında olan Murad Allahverdiyevə 6 dəfə atəş açıb. Hadisə nəticəsində Allahverdiyev ayağından yaralanıb və xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Onun həyatını xilas etmək mümkün olub.
Hadisə yerinə baxış zamanı maşının ön qapılarında, evin darvazasında və qaz borusunda güllə izləri, habelə evin qarşısında qan ləkələri aşkar edilib. Fazil Quliyevə məxsus evin həyətindən 4 ədəd giliz və 5 patron götürülüb.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin xüsusi amansızlıqla adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb. İstintaq zamanı Quliyev cinayət əməlini qismən etiraf edib, qaynı ilə barışdığını və peşman olduğunu bildirib.
Zərərçəkmiş Murad Allahverdiyev məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını qeyd edib. Fazil Quliyev 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
#Xaçmaz teqi istifadə olunub
- Xaçmazda evə dolan zərərvericilər sakinləri bezdirdi - Baku TV
- Qəhvəyi mərmər bağacığının kütləvi yayılması sakinləri çətin vəziyyətə salıb - Baku TV
- Xaçmazda 9 nəfərin xəsarət aldığı ağır qəzanın baş verdiyi yerdən görüntülər - Baku TV
- Xaçmazdakı dəhşətli cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV
- "Gəl Dost Olaq" Çərpələng Festivalının iştirakçıları təəssüratlarını bölüşdü - Baku TV
