Hadisə
Pleyeri seçin:
Qohumunu xilas etmək istədi, özü öldü | Mərhum rəhbərin yaxınları danışdı
Ağdaşda bədbəxt hadisə baş verib.
Rayon futbol klubunun rəhbəri 34 yaşlı Rəhman Əliyev qohumu ilə birgə çayda batıb.
Belə ki, Ağdaş şəhər sakini, 1988-ci il təvəllüdlü Fərid Ağa oğlu Ağazadə rayonun Dəhnəxəlil kəndi ərazisində çayda çimərkən boğulub. Onu sudan çıxartmaq məqsədilə çaya düşən dayısı oğlu Rəhman Əliyev də çayda boğularaq ölüb.
Çayda batan futbol klubu rəhbərinin yaxınları Baku TV-yə danışıblar.
“Ağdaş idman ictimaiyyəti olaraq xəbərdən çox sarsıldıq. Rayonumuzun ən üzdə olan gənclərindən, tanınmış idman müəllimlərindən biri idi. O, 80-dən çox uşağa təmənnasız olaraq məşqçilik edirdi”, – Ağdaş rayon Gənclər və İdman Sektorunun müdiri Samir İsrafilov söyləyib.
Kopyalandı
Seçilmişlər