"Kartına pul atdırır, sonra yoxa çıxır" | Dələduzluğun qurbanı olan qadın görün nələri açıqladı
Baku TV-nin “Qaynar xətti”nə müraciət edən Ramilə Əhmədxanova adlı şəxs dələduzluğa məruz qaldığını şikayət edib.
Onun sözlərinə görə, mebel alqı-satqısı ilə məşğul olur. Tanımadığı şəxs ona müraciət edərək guya evinə mebel sifariş vermək istədiyini bildirib.
Həmin şəxslə razılaşdıqdan sonra ustanı dedikləri ünvaya yollayıb. Yolda sifarişçi ustaya zəng edib xahiş edərək, gələrkən onun bank kartına pul atmasını və evə gələn zaman həmin pulu da behin üzərində ona qaytacağını deyib. Pulu karta köçürəndən sonra isə həmin şəxsə nə zəng çatıb, nə də pul geri qaytarılıb.
“Hər gün onun dələduzluğu ilə bağlı paylaşımlar edilir. Kartına pulları atdırır, sonra isə yoxa çıxır. Ancaq həmin adam həbs olunmur”, – deyə şikayətçi bildirib.
Son zamanlar bu kimi dələduzluq hallarının kəskin artdığının şahidi oluruq. İstər virtual, istərsə də real münasibətlərdə hər gün onlarla, yüzlərlə insan dələduzluğun qurbanı olur.
Hüquqşünas Vüsal Cəfərovun sözlərinə görə, Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi dələduzluq əməlinin törədilməsi cinayət məsuliyyəti yaradır.
Daxili İşlər Nazirliyindən isə bildirilib ki, sözügedən məsələ ilə bağlı müraciət əsasında araşdırma aparılır. Həmin şəxsin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür.
#Dələduzluq teqi istifadə olunub
- "Pulları mənə çatırdı" | "Zuerx" onlayn maliyyə dələduzluq piramidasına qarşı əməliyyat - Baku TV
- "Port Car" şirkəti insanları aldadır? | "Hamımız əlacsız vəziyyətdə gözləyirik"
- Kameramızı görüb qaçdılar | "Binəqədi Park" MMC-dən vətəndaşa qarşı dələduzluq
- Hacıqabulda vətəndaşları xaricdə iş adı ilə aldadan şəxs tutuldu - CANLI
- Başladı ağlamağa ki, anam... | Maşın almaq istəyən şəxs dələduzluğun qurbanı oldu
